03 Oktyabr 2024 12:37
1807
Təhsil
A- A+
Sosioloq: Spirtli içkinin hər zaman mənfi təsirləri var  

Sosioloq: Spirtli içkinin hər zaman mənfi təsirləri var  


Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, alkoqolizm spirtli içkilərin təkrarlanan formada və davamlı olaraq qəbul edilməsi nəticəsində meydana gələn sui-istifadə halıdır.


AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı deyib.


O bildirib ki, spirtli içkilərin tərkibində psixoaktiv və toksik maddə olan, asılılıq formalaşdıran etanol mövcuddur. Alkoqollu içkilərin istifadəsi qaraciyər, ürək-damar, QİÇS və vərəm kimi xəstəliklərin yaranması riskini artırır. Spirtli içki qəbulunun psixi təsirləri kimi depressiya, təşviş, psixoz və antisosial davranış pozuntuları misal göstərilə bilər. Spirtli içki istifadəçilərinin bir çoxu tütün məhsullarından da istifadə edir. Miçiqan Universitetinin araşdırmasına görə, alkoqol asılılığı olanların digər psixoaktiv maddə və dərman vasitələrindən istifadə etmə ehtimalı spirtli içki istifadə etməyənlərə nisbətən 18 faiz daha yüksəkdir.


Spirtli içkilərin psixoaktiv maddələrlə istifadəsi çox ağır fiziki, psixi və davranış pozuntuları ilə nəticələnə bilər. Həmçinin soyuqdəymə və qrip əleyhinə dərmanların spirtli içkilərlə birlikdə qəbulu qaraciyər üçün ağır fəsadlara səbəb olur.


Sosioloq spirtli içki istifadəsinin sosial həyat və cəmiyyət üçün fəsadları barədə danışarkən deyib: “İnsan alkoqol asılılığı zamanı öhdəsinə düşən gündəlik işlərini yerinə yetirə bilmir. Bu, onun ailə və yaxın çevrə ilə münasibətlərinə ziyan vurur, eyni zamanda, iş yerində və ya təhsil müəssisəsində ciddi problemlərə səbəb olur. İşin itirilməsi insanın həm öz, həm də ailə üzvlərinin iqtisadi durumuna təsir göstərir. Spirtli içkinin hər zaman mənfi təsirləri var və hər bir fərd üçün onun təsiri fərqlidir.


Alkoqol ondan istifadə edən şəxsə deyil, ümumilikdə cəmiyyətə ziyan vurur. Bundan başqa, spirtli içkinin təsirində olarkən yıxılma, boğulma, intihar cəhdləri meydana çıxır. Alkoqol istifadəsi zorakı davranışlar ehtimalını da artırır. Spirtli içki normal beyin fəaliyyətini pozur. Nəticədə insan problemləri həlletmə, düzgün qərarvermə proseslərini yerinə yetirə bilmir. Spirtli içki təsirində olarkən davalar, mübahisə faktları ortaya çıxa bilir, qanun pozuntuları meydana gəlir. Valideynlərlə, həyat yoldaşı ilə yaşanan gərginliklər və mübahisələr ailələrdə problemlər ortaya çıxarır və nəticədə boşanmalar baş verir. Onun istifadəçisi valideyndirsə, uşaqların qayğısı və tərbiyəsi ilə məşğul ola bilmir”.


Sosioloq deyib ki, uzun müddətli alkoqol istifadəsi beyində dəyişikliklərə səbəb olur və nəticədə asılılıq meydana gəlir: “Hər fərd üçün spirtli içkilərin təsiri eyni deyil. Genetik, fiziki, psixoloji və sosial faktorlar alkoqol sui-istifadəsində rol oynayır.


Spirtli içki istifadəçiləri və onların yaxınları bəzən utanc hissi ilə əlaqədar bunu gizlədir və ya müalicə etməyin mümkün olmadığını düşünürlər. Əslində isə müxtəlif yanaşma və üsullarla onlara kömək göstərmək mümkündür. Müalicə prosesi fərdi xarakter daşıyır, xəstənin vəziyyətinə və ehtiyaclarına uyğunlaşdırılır. Yalnız istifadəçinin özünə deyil, ailəsi və yaxın çevrəsinə də yardım etmək lazım olur. Həmin problem ailə üçün də çox stresli ola bilər. Sağlam həyat tərzi vərdişlərinə yiyələnmək - düzgün qidalanma, yuxu rejimi, idman və fiziki aktivlik, asudə vaxtın səmərəli dəyərləndirilməsi asılılıq və zərərli vərdişlərdən qurtarmaq istəyənlər üçün olduqca vacibdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib  

13:07
09 Noyabr

Qərbi Azərbaycan İcması Dövlət Bayrağı Günü ilə bağlı bəyanat yayıb

12:44
09 Noyabr

İşğaldan azad edilmiş torpaqlarda bayram konsertləri təşkil olunub  

12:43
09 Noyabr

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə  

12:41
09 Noyabr

COP29-la əlaqədar 57 marşrutun hərəkət sxemi dəyişdirilir  

12:40
09 Noyabr

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib  

12:39
09 Noyabr

Tuvalunun Baş naziri Azərbaycana səfərə gəlib  

12:21
09 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb  

12:20
09 Noyabr

Marşal Adaları Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib  

12:19
09 Noyabr

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

12:09
09 Noyabr

Yol polisi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib  

09:32
09 Noyabr

“9 Noyabr - Azərbaycan Respublikası Dövlət Bayrağı Günü” adlı virtual sərgi təqdim olunub 

09:31
09 Noyabr

Türkiyənin müdafiə naziri: Ümidvarıq ki, Ermənistan davamlı sülh fürsətindən istifadə edəcək  

09:30
09 Noyabr

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09:28
09 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

09:26
09 Noyabr

Azərbaycanın Rusiyadakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib

09:25
09 Noyabr

Tanzaniyanın Vitse-prezidenti Azərbaycana səfərə gəlib  

09:23
09 Noyabr

Qaydar Abdikerimov: Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının əsl vətənpərvər övladıdır  

09:22
09 Noyabr

Türkiyə parlamentinin sədri Azərbaycanı təbrik edib: Qardaşlığımız əbədi olsun!  

09:19
09 Noyabr

Qalata Qülləsində Azərbaycan Bayrağı və Xarıbülbül təsviri əks olunub 

09:17
09 Noyabr

Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub  

22:19
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!