16 Oktyabr 2022 00:37
1275
CƏMİYYƏT
A- A+
Sosial mediada təhqir və böhtan hüquqi məsuliyyət yaradır

Sosial mediada təhqir və böhtan hüquqi məsuliyyət yaradır

 

Türkiyədə internet mediada yalan və dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı qanunun tələbləri sərtləşdirilib. Qanuna əsasən, təşviş, qorxu və çaxnaşma yaratmaq məqsədilə çaşdırıcı məlumat yayanları həbs cəzası gözləyir. Bununla yanaşı, internet saytlarına bir sıra yeni qaydalar tətbiq olunub.
Dezinformasiya xarakterli məlumatların cəmiyyətdə panikaya, çaşqınlığa səbəb olduğu özünü daim göstərir. Yaş kateqoriyasından asılı olmayaraq hər kəsin sosial mediaya çıxışının olması isə problemlərin əhatə dairəsini genişləndirir. 
Sərhəd tanımayan - narkotik təbliği, pis vərdişlərə təhrik, dələduzluq hallarını artıran, eyni zamanda əxlaqi dəyərləri aşındıran neqativ davranışları sərgiləyən paylaşımlar uşaqların psixologiyasına təsir edərək onların aldanmasına, pis vərdişlərə meyillənməsinə yol açır.  
Təxribat və yalan xarakterli məlumatların yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülsə də, texnologiyaların sürətlə inkişaf etdiyi zamanda bununla ayaqlaşmaq mümkün deyil. Cəzasız qalanlar isə mənfi nəticələrini düşünmədən yenidən dezinformasiya yaymaqdan, yalan xəbərlər paylaşmaqdan, sifarişli məlumatlar verməkdən çəkinmirlər. Nəticəsi isə heç də ürəkaçan olmur. 
Türkiyədə qəbul edilən qanunun yalan və dezinformasiya xarakterli məlumatların qarşısının alınması istiqamətində atılan vacib addım olduğunu düşünən ekspertlər bildirirlər ki, Azərbaycanda da bu kimi halların qarşısının alınması üçün qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var. 

 

Türkiyədə qəbul edilən yeni qanun sosial mediadakı hərc-mərcliyin qarşısını alacaq

 

Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azxeber.com" informasiya portalının redaktoru Hacıbəy Heydərli qəzetimizə açıqlamasında deyib ki, Türkiyədə media ilə bağlı qəbul edilən yeni qanun ilk növbədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi baxımından çox vacibdir. Onun sözlərinə görə, sosial şəbəkələrdə saxta xəbərlər, dezinformasiyalar çoxluq təşkil edir və bu cür məlumatlar çox vaxt cəmiyyət arasında təşviş, qorxu, xaos yaranmasına gətirib çıxarır. Bu xəbərlər daha sonra təkzib edilsə belə, oxucu ilk xəbərə daha çox inanır və onun arxasınca gedir. 
Jurnalist qeyd edir ki, Türkiyədə bu kimi dezinformasiyalar daha çox tviter sosial şəbəkəsində yayılır, çünki bu şəbəkə orada  populyardır. Bu qanunun əsas məqsədi saxta xəbərlərin qarşısını almaqdan ibarətdir. Burada başqa bir diqqətçəkən məqam isə saxta profillərdən edilən paylaşımlarla bağlıdır. Çünki cəmiyyətdə xaos, panika, təşviş yaradan məlumatları paylaşan şəxslər çox vaxt "fake" profildən  istifadə edir və bu yolla kimliyini gizlətməyə çalışırlar. Bu tip məlumatların qarşısını almaq məqsədilə təsdiqlənən yeni qanunun tələblərindən biri də Türkiyədə sosial şəbəkələrin nümayəndəliyinin açılması ilə bağlıdır: "Çox vaxt görürük ki, feysbuk, tviter, instaqram kimi sosial şəbəkələr rəsmi ofisi və ya nümayəndəliyi olmayan ölkələrdən gələn şikayətlərə etinasız yanaşır, onların müraciətlərini görməzdən gəlir. Bu da bir çox hallarda dezinformasiyaların, saxta xəbərlərin daha geniş arenaya yayılmasına şərait yaradır. Sosial şəbəkələrin Türkiyədə rəsmi ofisi açılandan sonra "fake" və ya "trol" profilləri tapmaq da asanlaşacaq və bununla sosial mediadakı xaosun qarşısı alınacaq".

 

Heç kəs unutmamalıdır ki, paylaşdığı yanlış məlumat çox ciddi qalmaqala səbəb olur

 

Redaktor vurğulayır ki, diqqətçəkən daha bir məqam isə sosial şəbəkələrdə uşaqların və yeniyetmələrin əxlaqını korlayan materiallarla bağlıdır: "Bu kimi məlumatlar qanun pozuntusu hesab ediləcək. Bu, həm də mənəvi dəyərlərin təbliği baxımından da çox önəmlidir. Çünki sosial şəbəkələrdə uşaqlara şiddət, narkotikin təbliği, intiharlara meyil, yeniyetmələrin əxlaqını korlayan paylaşımlar geniş vüsət alıb. Bununla o kimi məlumatların da qarşısı alınacaq".
Hacıbəy Heydərli deyir ki, sosial media haqqında qanunda internet medianın tənzimlənməsi də nəzərdə tutulur. Burada - rəsmi ünvanı olmayan saytların xəbər saytı hesab olunmaması, xəbər saytlarının yayımladığı xəbərləri arxivdə saxlamağa məcbur edilməsi kimi müddəalar var. Eyni zamanda xəbər saytı əməkdaşları "sarı basın kartı" əldə edəcək və imtiyazlardan yararlana biləcək. 
O düşünür  ki, bu qanun sosial mediadakı hərc-mərcliyin, özbaşınalığın, şər-böhtan kampaniyasının qarşısını alacaq. 
Jurnalist təəssüflə qeyd edir ki, sadalanan hallara ölkəmizdə də rast gəlinir. Azərbaycanda da bəzi saytlar və sosial şəbəkə hesablarında yalan, şantaj və dezinformasiya xarakterli, sifarişli materiallara rast gəlinir. Sosial şəbəkədən istifadə edən heç kəs unutmamalıdır ki, o həm də informasiya daşıyıcısıdır, paylaşdığı hansısa yanlış məlumat çox ciddi böhrana, qalmaqala səbəb ola bilər. Bu gün insanlara qarşı şər, böhtan kampaniyası,  şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza xələl gətirilməsi hallarına ən çox sosial mediada rast gəlinir. Bu istiqamətdə maarifləndirici tədbirlər keçirilməli və insanlara qanunun tələbləri aşılanmalıdır.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

16:58
24 May

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

15:03
24 May

WUF13-də daha dayanıqlı şəhərlərin qurulmasına töhfə verəcək istiqamətlər müəyyənləşdirildi

15:02
24 May

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

14:27
24 May

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

13:09
24 May

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

12:59
24 May

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

11:34
24 May

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

11:32
24 May

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb  

11:30
24 May

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb

11:12
24 May

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

10:26
24 May

WUF13 bir çox ilklərə imza atdı 

10:17
24 May

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

09:27
24 May

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

23:14
23 May

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

21:32
23 May

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib  

19:21
23 May

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb  

17:27
23 May

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

16:59
23 May

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb  

16:27
23 May

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq  

15:54
23 May

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

15:23
23 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!