12 May 2022 14:11
831
İDMAN
A- A+

Son 1 ay: 2022 Formula 1 Azərbaycan Qran Prisinə gerisayım başlayıb  

 

Avtoidmanın zirvəsi sayılan 2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin Bakı küçələrinə qayıtmasına düz bir ay qalıb. 10-12 iyun tarixlərində həftəsonu keçiriləcək, F1-in ən həyəcanlı və gözlənilməz yarışına azarkeşləri qəbul edəcək Bakı Şəhər Halqası sonuncu hazırlıqlarını tamamlayır.

Bakı Şəhər Halqasından AZƏRTAC-a bildiriblər ki, 2019-cu ildən bəri tribunalara yenidən qayıdan azarkeşlər builki yarışa xüsusi rəng qatacaq. Həyəcanlı mübarizə ilə yanaşı, azarkeşlər həftəsonu Bakının Dənizkənarı Milli Parkı boyunca uzanan əyləncə zonalarını da kəşf edəcəklər. Azarkeşlərin gözlədiyi avtoqraf sessiyaları və Pit zolağı gəzintisi onlara F1 super ulduzları və komandalarını yaxından görmək imkanı yaradacaq.

2016-cı il debütündən bəri dünya F1 azarkeşlərinin sevimlisinə çevrilən Bakı Şəhər Halqası F1 tarixində ən yadda qalan və dramatik yarışlara ev sahibliyi etməklə dünyanın aparıcı F1 pilotlarını sınaq qarşısında qoyur. Yarış bolidlərinin 366 kilometr-saat sürətlə rekord həddə çatdığı, 2 kilometr uzunluğunda düz yolu və UNESCO-nun mədəni irs nümunəsi İçəri Şəhər Qala divarları qarşısından keçərək dar yolları aşan, dolama döngələri ilə tanınan Bakı Şəhər Halqası qısa müddətdə bugünkü F1 təqvimində ən çətin treklərdən biri kimi öz yerini təsdiqlədi.

Bakı trekində heç bir pilot iki dəfə qalib gəlməyib, son beş yarışda beş fərqli qalib müəyyən olunub.

Bu il də, ötən illərdə yaşanmış gözlənilməz anlar, rəqabət doğuran və saysız-hesabsız həyəcanlı hadisələr Bakı yarışında istisna olunmur. Təsadüfi deyil ki, 2021-ci ildə finiş xəttinə üç dövrə qalmış Maks Ferstappenin qəzaya uğraması, Luis Hemiltonun restartda ona baha başa gələn səhvi Red Bull komandasının pilotu Serxio Peresin qələbəsinə təkan verdi.

Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov çoxdandır gözlənilən F1-in Bakıya “tam” qayıtması barədə qeyd edir: “Bütün biletlərin alınacağına ümid edir, izdihamı qarşılamağa səbirsizlə gözləyirik. Beş yarışda beş fərqli qalibimizin olması çox gözəldir. Formula 1 azarkeşləri bu yarışı qaçırmamalıdır. Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir”

Formula 1 yarışına əlavə olaraq, azarkeşlər Luis Hemilton, Şarl Lekler, Corc Rassel və Lando Norris kimi Formula 1 ulduzlarının bir çoxunu yetişdirən, olduqca populyar Formula 2 seriyasının geri dönüşündən də həzz ala bilərlər.

2022-ci il Formula 1 Azərbaycan Qran-Prisi Bakı küçələrində daha bir möhtəşəm rəqabətə hazırlaşır. Əvvəlki qaliblərdən hər hansı biri “tilsimi qıra” və Bakı yarışlarında qalib gələn pilot təkrar qalib ola biləcəkmi? Bu suala məhz iyunun 12-də cavab tapacağıq.

2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinə bilet və Bakıya səyahət barədə ətraflı məlumat üçün www.bakucitycircuit.com saytına daxil olmaq lazımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video