28 Noyabr 2022 17:55
353
İQTİSADİYYAT
A- A+

SOCAR-ın prezidenti Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru ilə görüşüb

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf noyabrın 28-də Gürcüstan Neft və Qaz Korporasiyasının (GOGC) baş direktoru Corci Çikovani ilə görüşüb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyatın bütün sahələrində, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi vurğulanıb, birgə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən bəhs edilib.

Görüş çərçivəsində Gürcüstanın ən böyük investorlarından olan SOCAR-ın bu ölkədəki çoxşaxəli fəaliyyətindən danışılıb, bu istiqamətdə neft və neft-kimya məhsullarının ticarəti, nəqli, habelə təbii qazın təchizatı və paylanması kimi əməliyyatların uğurla icra edildiyi bildirilib.

Tərəflər arasında, həmçinin qazın nəqli, saxlama infrastrukturunun genişləndirilməsi və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video