Siyov kəndinin su problemi həll olunub
Lerik rayonunun Siyov kəndində yaşayan əhalinin həyat tərzi günbəgün yaxşılığa doğru dəyişir. Bu dağ kəndində torpağın hər qarışından səmərəli istifadə edilir, insanları bağçılıq, əkinçilik və maldarlıqla məşğul olurlar.
Son günlər kənddə su qıtlığı yaranmışdı. Artıq bu məsələ də öz müsbət həllini tapmışdır. Belə ki, “Texniki su təminatının yaxşılaşdırılması” layihəsi əsasında USAID və Azərbaycan hökumətinin birgə maliyyə dəstəyi, yerli bələdiyyə, eləcə də icma üzvlərinin töhfəsi ilə Siyova yaxın dağdakı bulaqlardan su xətti çəkilib. İndi 224 ailəlik kəndin bütün sakinləri saf bulaq suyundan birbaşa faydalanırlar.
Zəfər ORUCOĞLU,
Lerik
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
25 Aprel
Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik
25 Aprel
İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq
25 Aprel
Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib
25 Aprel
Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək...
25 Aprel
Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib ...
25 Aprel
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
25 Aprel
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib
25 Aprel
“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib
25 Aprel
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!