Siqaret - ÖLÜM kabusu
Təəssüflər olsun ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da iri və xırda ticarət mərkəzləri qida və gündəlik zəruri məhsullarla yanaşı, insanları xəstəliklərə düçar edən zəhərli siqaret satışını da həyata keçirirlər. Dünya səhiyyə təşkilatları və institutlarının həyəcan təbili çalmalarına və siqaret istehsalına qoyulan müxtəlif qadağalara rəğmən bəlalı nikotin dumanı insanların başı üzərindən hələ də çəkilmir.
Siqaretə vərdişdə kişilər çoxluq təşkil etsələr də, son zamanlar bu zərərli məhsula aludəçilik halları qadınlar arasında da yayılıb. Qadın həmişə müqəddəs varlıq olaraq baş tacı sayılıb. Hər bir xanım həm də anadır, onun siqaretə meyilliliyi bir çox xəstəliklə yanaşı, əqli və fizioloji cəhətdən qüsurlu uşaqların dünyaya gəlməsinə də səbəb ola bilər. Siqaretə aludə olan qadınlar gələcəkdə hansı faciələrlə üzləşəcəklərini vaxtındə dərk etsələr, bu ÖLÜM kabusundan tezliklə xilas olarlar.
Əlbəttə, burada ictimai qınağın olması da vacibdir. KİV bu istiqamətdə xüsusi maarifləndirici rol oynamalıdır. Məsələ burasındadır ki, siqaret təkcə qadınlarda yox, kişilərdə də sağalmaz xəstəliklər yaradır. Ümumilikdə siqaret vərəm, ürək-damar, immun çatışmazlığı, cinsi zəiflik və xərçəng kimi sağalmaz xəstəliklərin yaranmasına səbəb olur. Əgər bunun qarşısı alınmazsa, həmin xəstəliklərə yoluxanların sayı artmaqda davam edəcək. Bununla bağlı ciddi və təxirəsalınmaz tədbirlər görülməlidir. Söhbət millətin sağlam gələcəyindən gedirsə, hamı həmrəylik nümayiş etdirməlidir. Ən azından mağaza, köşk və küçələrdə uşaq və yeniyetmələrə siqaretin satışına qadağa qoyulmalı, kassa və piştaxtalarda maarifləndirici çağırışlar daha geniş formada təbliğ edilməlidir. Bütün tütün məhsullarının mağazalarda gözdən uzaq yerlərdə yerləşdirilməsi daha məqsədəuyğun olardı. Bunun üçün möhkəm iradə və vətəndaş mövqeyi nümayiş etdirməyimiz kifayətdir. Vətəndaşlarımızın boz duman udmasına qəti yol vermək olmaz, çünki gələcək nəslin sağlam inkişafına hamımız cavabdehik.
Hüseyn KƏRİM,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinlə...
19 Aprel
EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib
19 Aprel
Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə e...
19 Aprel
Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB
19 Aprel
Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb
19 Aprel
“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub
19 Aprel
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasimi keçirilib
19 Aprel
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
19 Aprel
Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər
19 Aprel
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!