16 Oktyabr 2025 08:30
349
İQTİSADİYYAT
A- A+
"Şimal-Cənub" dəhlizinin imkanları genişlənəcək

"Şimal-Cənub" dəhlizinin imkanları genişlənəcək


Bu barədə 3 qonşu ölkə - Azərbaycan, Rusiya və İran arasında razılıq əldə olunub 


Prezident İlham Əliyevin apardığı logistika siyasətinin Azərbaycanı dünya əhəmiyyətli tranzit ölkəsinə çevirməsi əksər dövlətlər tərəfindən etiraf olunan faktdır. O da faktdır ki, bu gün Şərqdən Qərbə, Şimaldan Cənuba gedən iki önəmli tranzit marşrutunda açar ölkə Azərbaycandır və bunun üçün ölkəmiz tərəfindən uzun illər həm diplomatik müstəvidə, həm də yolların çəkilməsində çox iş görülmüşdür.

Dövlət başçısının Orta dəhlizə yeni ölkələrin qoşulması istiqamətində apardığı uğurlu xarici siyasət sayəsində marşruta qoşulan ölkələrin sayı artır, coğrafiyası  genişlənir. Hazırda Çin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstanla yanaşı, Əfqanıstan və Pakistanla da Orta dəhlizə qoşulmaq barədə razılıq əldə olunub. Xəzərin qərb sahilində isə Azərbaycan, Gürcüstan, Türkiyə çoxdan bu sahədə sıx əməkdaşlıq edir. Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında  Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə olunan razılıqdan sonra Ermənistanın da layihəyə qoşulması realdır. Bununla yanaşı, qonşu ölkənin ərazisindən keçəcək Araz dəhlizinin açılması İranın da Orta dəhlizə qoşulması sayılacaq.

Uzun illər şimal və cənub qonşularımızın ölkəmizə Orta dəhlizlə bağlı mane olmaq cəhdləri heç kəsə sirr deyil. Ancaq Azərbaycan təmkinli və diplomatik fəaliyyəti ilə həmin cəhdlərin qarşısını məharətlə ala bildi. Düşənbə görüşündən sonra isə bu sahədə də qarşılıqlı anlaşma və razılaşma əldə edildi.

Xəbər verildiyi kimi, oktyabrın 13-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk, İranın yol və şəhərsalma naziri Fərsanə Sadıq arasında üçtərəfli görüş olub. Görüşdə tərəflər arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələləri geniş və hərtərəfli müzakirə edilib, ən əsası isə üç ölkə arasında əlaqələrin, o cümlədən  "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin genişləndirilməsi barədə birgə Kommünike imzalanıb. Kommünikedə üç ölkə arasında tranzit əlaqələrin daha da yaxşılaşdırılması üçün görülməli işlər və tədbirlər əksini tapıb. Vurğulanıb ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün tədbirlərin görülməsi və yük axınlarının davamlı artımının təmin edilməsi vacibdir. Sənəddə həmçinin "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi boyunca infrastrukturun genişlənməsi işlərinin sinxron şəkildə həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib. O da bildirilib ki,  planlaşdırılan tədbirlər üzrə fəaliyyət planının 3 ay müddətində hazırlanması üçün, eləcə də 3 ölkənin gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə işçi qruplarının yaradılması barədə razılıq əldə olunub.

Bunlardan başqa, sənəddə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin potensialından tam şəkildə istifadə edilməsi üçün "Rəşt-Astara" dəmir yolu xəttinin inşasının, eləcə də dəhlizin komponentlərindən olan müvafiq dəmir yolu terminalı tikintisinin tamamlanmasının əhəmiyyəti, Araz çayı üzərində "Ağbənd-Kəlalə" avtomobil yolu körpüsünün tikintisi, o cümlədən sərhəd-buraxılış məntəqələrinin inşası üzrə işlərin yekunlaşdırılmasının üçtərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyi qeyd edilib.

Azərbaycan həmişə qonşu ölkələrlə mehriban və qarşılıqlı fayda əsasında əməkdaşlığa hazır olub. Görüşdə Baş nazirin müavini Şahin Mustafayev ölkəmizin bu mövqeyini bir daha vurğulayaraq deyib ki, Azərbaycan İran və Rusiya ilə münasibətlərdə qarşılıqlı anlaşma prinsiplərinə sadiqdir.

Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi üzündən şimal qonşumuzun Avropaya olan nəqliyyat əlaqəsi kəsilib. Üstəlik "qoca qitə" tərəfindən tətbiq edilən çoxsaylı sanksiyalar Rusiyanı yeni bazarlar axtarmağa məcbur edib. Çıxış yolu, göründüyü kimi, Azərbaycanla kommunikasiya əlaqələrinin genişləndirilməsidir. O üzdən Rusiya "Şimal-Cənub" nəqliyyat dəhlizinin fəaliyyətini artırmaq istəyir. Şimal qonşumuz öz ərazisində dəhlizin keçid imkanlarını artırmaq üçün bir sıra texniki tədbirlər həyata keçirir. Artıq Rusiya Azərbaycanla dövlət sərhədində yerləşən avtomobil keçid məntəqələrinin buraxılış qabiliyyətini 5 dəfə - gündəlik 400-dən 1900 yük nəqliyyat vasitəsinə qədər artırmağa imkan verən tədbirlər görüb. Novo-Filya, Tahirkənd-Qazmalar və Yaraq-Qazmalar avtomobil keçid məntəqələrinin yenidən qurulmasından sonra Rusiya tərəfindən yük nəqliyyatı üçün ümumi buraxılış qabiliyyəti gündə 3 min nəqliyyat vasitəsinə qədər artırılıb.

"Şimal-Cənub" nəqliyyat dəhlizi tam fəaliyyətə başlasa onun qlobal ticarət marşrutuna çevrilə bilmək potensialı var. Bu dəhliz şimalda Barens və Baltik dəhlizləri ilə cənubda Fars körfəzini birləşdirsə, geniş bir coğrafiyada çoxsaylı dövlətlərin əlavə ticarət marşrutu əldə etmələrinə imkan yaranacaq. Azərbaycan isə Orta dəhlizdə olduğu kimi, "Şimal-Cənub" nəqliyyat dəhlizində də qovşaq ölkə statusunda olacaq, ərazimiz üzərindən daha çox yük daşınacaq və tranzit gəlirlərimiz artacaq.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb  

12:52
14 Noyabr

Berlində Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib  

12:50
14 Noyabr

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq  

12:36
14 Noyabr

Analitik qeyd edir ki, Bakıda keçirilən COP29-la bağlı aparılan tənqidlər, kampaniyalar və bəyanatlar bu gün real nəticələrin fonunda tamamilə iflasa uğrayıb  

12:35
14 Noyabr

On ayda orta illik inflyasiya 6 faizə yaxın olub  

12:34
14 Noyabr

Azərbaycan Mərkəzi Asiya ölkələrinin Ticarət və İnvestisiya Nazirləri Şurasının ilk iclasında təmsil olunub  

12:33
14 Noyabr

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib  

12:32
14 Noyabr

Konstitusiya Məhkəməsində beynəlxalq konfransın iştirakçıları ilə görüş keçirilib

12:31
14 Noyabr

On ayda ölkədə 106,4 milyard manatlıq ÜDM istehsal olunub

12:31
14 Noyabr

Ermənistan ABŞ-la “Tramp marşrutu”nun iki icarə variantını müzakirə edir

12:29
14 Noyabr

Böyük Qayıdış: Növbəti köç karvanı Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə yola salınıb

12:28
14 Noyabr

Bu ilin on ayında müavinətlər üzrə 964, Prezident təqaüdləri üzrə 617 milyon manat ödənilib

12:28
14 Noyabr

Prezident: Azərbaycan müasir dəmir və avtomobil yolları infrastrukturuna böyük sərmayələr yatırır

12:28
14 Noyabr

ABŞ Alyaskada neft hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırıb  

12:25
14 Noyabr

Ankarada Gürcüstanda qəzaya uğrayan təyyarədə həlak olan hərbçilərlə vida mərasimi keçirilib  

12:24
14 Noyabr

Paşinyan: Ermənistan Türkiyə ilə Azərbaycan arasında tranzit yükdaşımaları təmin etməyə hazırdır  

12:24
14 Noyabr

Azərbaycan Prezidenti: Nəqliyyat xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımız qardaş dövlətlərin iqtisadi inkişafının zəmanətidir  

12:22
14 Noyabr

Naxçıvanda ixrac potensialı artıb

12:20
14 Noyabr

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

12:19
14 Noyabr

Suqovuşan uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman 

12:17
14 Noyabr

İordaniya Haşimilər Krallığının şahzadəsi COP30-da Azərbaycan pavilyonunu ziyarət edib

12:16
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!