29 Sentyabr 2022 09:33
371
DÜNYA
A- A+

“Şimal axını-1” və “Şimal axını-2” təbii qaz boru kəmərlərində olan sızmalar əvvəlcədən planlaşdırılıb  

 

“Şimal axını-1” və “Şimal axını-2” təbii qaz boru kəmərlərində meydana gələn sızmalar çox güman ki, əvvəlcədən planlaşdırılmış addımlar nəticəsində yaranıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İsveçin Baş naziri Maqdalena Andersson, xarici işlər naziri Ann Linde və müdafiə naziri Piter Hultkvistin birgə keçirdiyi mətbuat konfransında səsləndirilib.

Konfransda partlayışların qəsdən törədildiyini iddia edən hökumət üzvləri təhlükəsizlik vəziyyətini nəzərə alaraq hadisənin ciddiliyini diqqətə çatdırıblar.

M.Andersson qeyd edib ki, mövcud vəziyyətlə əlaqədar İsveç Danimarka, Almaniya, Norveç, Finlandiya və ABŞ, həmçinin Aİ, NATO ilə sıx əlaqə saxlayır.

“Mən təhlükəsizlik siyasəti üzrə hökumət şurasını yığacağam və İsveçin müvafiq orqanları bütün lazımi tədbirləri görəcək. İsveç Polis Departamenti də mümkün təxribatla bağlı ilkin araşdırmalara başlayıb. Eyni zamanda vurğulamaq istəyirəm ki, bu, İsveçə qarşı hücum deyil. Partlayışlar İsveçdə deyil, bizim iqtisadi zonamızda baş verib”, - deyə Maqdalena Andersson bildirib.

Baş nazir həmçinin İsveç xalqını ayıq-sayıq olmağa, etibarlı mənbələrdən məlumat almağa və İsveç silahlı qüvvələrinin fəaliyyəti ilə bağlı məlumat yaymamağa çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video