13 Yanvar 2022 02:03
856
Oxucu məktubları
A- A+

Şikayətçi mərkəzləşdirilmiş su sisteminə qoşulmuşdur

 

Zərdab şəhər sakini Həsənova Sənubər Bağman qızının Zərdab şəhərində mərkəzləşdirilmiş su sistemi quraşdırılanadək istifadəsində olan su çəninin qanunsuz olaraq götürülməsi səbəbindən hazırda içməli sudan istifadə edə bilməməsi barədə qəzetimizə müraciətinə yerində baxılmışdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 2014-cü ildə Zərdab şəhərində mərkəzləşdirilmiş içməli su sistemi quraşdırılmış və həmin dövrdən sonra bütün sakinlər, o cümlədən S.Həsənova abonent olaraq sayğacla təmin edilmiş və içməli su ilə təmin olunmuşdur. Şəhərdə mərkəzləşdirilmiş içməli su sisteminin qurulması, eləcə də kommunal məhəllədə abadlıq işləri aparılması səbəbi ilə istifadəsinə ehtiyac qalmamış su çənləri ərazidən götürülmüş, qanunsuz tikililər sökülmüşdür.

Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Zərdab Sukanal İdarəsinin abonenti olaraq S.Həsənova müntəzəm olaraq mərkəzləşdirilmiş su sistemi vasitəsilə içməli su ilə təmin olunur, o cümlədən 2021-ci ilin 9 ayı ərzində 22 kubmetr sudan istifadə etmişdir.

 

Mərdan CAMALZADƏ,

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video