24 Yanvar 2023 12:57
389
DÜNYA
A- A+

Səudiyyə Ərəbistanı dollardan imtina etməyə hazırlaşır

 

Səudiyyə Ərəbistanı dollardan imtina edərək, xarici ticarət əməliyyatlarını milli valyutalarla həyata keçirməyə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Cədaan Davos İqtisadi Forumunda çıxış edərkən deyib. Nazir bildirib ki, Səudiyyə Ərəbistanı bu məsələni ticarət tərəfdaşları ilə müzakirə etməyə hazırdır. Xarici ticarətdə avro, Səudiyyə rialı və digər valyutalar istifadə oluna bilər.

Nəzərə çatdıraq ki, BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qarşılıqlı ticarəti milli valyutalarla davam etdirmək barədə razılıq əldə ediblər.

Beynəlxalq ekspertlər hesab edirlər ki, BRICS ölkələri qarşılıqlı ticarət üçün vahid valyuta yarada bilsələr, ABŞ dollarının dünyadakı mövqeyinə güclü zərbə dəyəcək və onun dəyərdən düşməsi prosesi başlayacaq.

Qeyd edək ki, BRICS 2006-cı ilin iyununda Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılıb. Dünya əhalisinin 41,5 faizinin (3 milyard 21 milyon) yaşadığı BRICS ölkələrinin xarici işlər və maliyyə nazirləri hər il sammit keçirərək qlobal iqtisadi problemləri müzakirə edirlər.

Siyasi müşahidəçilər Səudiyyə Ərəbistanının bu mövqeyini Davos İqtisadi Forumunda baş verən mühüm hadisə adlandırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video