Şəmkirdə meyvə bağlarının sahəsi ildən-ilə genişlənir
Təsərrüfat sahibləri soyuducu anbarların sayının artırılmasını istəyirlər
Şəmkir ölkənin böyük kənd təsərrüfatı rayonlarındandır. Burada kənd təsərrüfatının digər sahələri kimi, meyvəçiliyin də inkişafı diqqət mərkəzində saxlanılır.
Meyvəçilik Şəmkirdə kənd təsərrüfatının ixtisaslaşmış sahələrindəndir. Hazırda rayondakı 4480,4 hektar meyvə və giləmeyvə bağlarının 3212,6 hektarı barverəndir. Cari ildə həmin sahələrdən 78154,4 ton məhsul götürülmüşdür. Rayonda həm bağların ildən-ilə genişləndirilməsi, həm də meyvə növlərinin artırılması üçün sahibkarlara hər cür dəstək verilir. Bu sahədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, iqtisadi dəyəri yüksək layihələrin həyata keçirilməsinin təşviqi yerli xammal ehtiyatlarından istifadənin genişləndirilməsinə yol açır.
Şəmkirdə meyvəçiliklə məşğul olan təsərrüfatların problemlərinin həlli istiqamətində operativ tədbirlər həyata keçirilir. Rayon rəhbərliyi mütəmadi olaraq yerli sahibkarlarla görüşlər keçirir, təsərrüfatlarda yaradılan şəraitlə tanış olur, onların arzu və istəklərini dinləyir. Keçirilən görüşlərdə aqrar sahədə aparılan islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, intensiv bağçılığın inkişafı üçün görülən tədbirlər və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi də aparılır. Son vaxtlar keçirilən görüşlərdə ən çox qaldırılan məsələ məhsulun saxlanması üçün soyuducu anbarların az olması ilə bağlıdır. Təsərrüfat sahibləri bu vacib məsələnin həlli ilə bağlı arzu və təkliflərini də bildirirlər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
KÖHNƏ BAYATILAR KÖMƏYƏ GƏLMİR
11 Avqust
Sarsılmaz qardaşlıq nümunəsi
11 Avqust
Müsəlman dövlətlərinin birliyi güclənir
11 Avqust
Təhlükəli viruslardan qorunmaq üçün qaydalara riayət olunmalıdır
11 Avqust
Bakıda "sauna", Budapeştdə "soyuq duş"
11 Avqust
Pambığı “ağ qızıl” edənlər
11 Avqust
Ağcabədililərdən nümunə olacaq xeyirxah təşəbbüs
11 Avqust
Ağdam rayonunda 420 hektar sahədə təkrar əkin aparılıb
11 Avqust
Sabirabadda yeni nasos stansiyası istifadəyə verilib
11 Avqust
"Yaylaq fındığı" yığılır
11 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!