16 Sentyabr 2022 01:37
776
Mədəniyyət
A- A+

Şəhidin xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib

 

Ağstafanın Heydər Əliyev Mərkəzində rayonun Qırılı kəndindən olan Vətən müharibəsi şəhidi Emin Əmrahovun xatirəsinə həsr olunmuş "Eminin şəhidlik zirvəsi" adlı kitabın təqdimatı keçirilmişdir. 
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, kitabın müəllifi Mətanət İmamquliyeva, Emin Əmrahovun və digər ağstafalı Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. 
Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Dövlət himni səsləndirilmişdir. Sonra Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, 44 günlük Vətən müharibəsində Xocavənd rayonunun azad edilməsi uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Emin Əmrahovun keçdiyi mənalı ömür və şərəfli döyüş yolundan söhbət açılmışdır. Çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən, ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından danışmışlar. 
Sonda iştirakçılara "Eminin şəhidlik zirvəsi" kitabı hədiyyə edilmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video