22 Yanvar 2022 20:31
852
CƏMİYYƏT
A- A+

Şəhid anası: Oğlumun kiçik ürəyində böyük Vətən sevgisi var idi    

Vətən müharibəsi şəhidi Şəmsəddin Vəliyevin ad günündə xatirəsi anılıb. Şəmsəddin hələ ömrünün 19-cu ilində canını Vətən üçün fəda etdi. Yaşasaydı, ömrünün 22-ci baharına qovuşacaqdı. Lakin o, Vətəni üçün şəhid olaraq qəhrəmanlıq dastanına çevrildi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vəliyev Şəmsəddin Aqil oğlu 2001-ci il yanvar ayının 22-də Sabirabadın Dadaşbəyli kəndində dünyaya göz açıb.

Şəhidin anası Könül Vəliyeva deyir ki, Şəmsəddinin kiçik ürəyində böyük Vətən sevgisi var idi. Hələ uşaq yaşlarından vətənpərvərliyi və qorxmazlığı ilə seçilirdi. Yaşa dolduqca Vətən sevgisi daha da artan Şəmsəddin gələcəkdə hərbçi olmağı arzu edirdi. Onu bu yola yönəldən isə Birinci Qarabağ döyüşlərində canını Vətən üçün fəda edən əmisinin qəhrəmanlığı idi. Orta məktəbi əla qiymətlərlə oxuyan Şəmsəddin kollec tələbəsi adını qazansa da, həqiqi hərbi xidməti vaxtı təhsilini dayandıraraq, xidmətə ruh yüksəkliyi ilə yollandı. Fiziki qabiliyyəti və istedadı sayəsində Şəmsəddin xüsusi təyinatlı birliyə seçildi. O, xidmətini layiqincə bitirdikdən sonra müddətdən artıq hərbçi kimi Vətənin keşiyində dayanmağa qərar verdi.

Vətən müharibəsində də Şəmsəddin ilk döyüşə girənlər sırasında yer alır. Şəhidin döyüş yolundan qürurla danışan atası Aqil Vəliyev bildirir ki, Şəmsəddin və döyüşçü yoldaşları bir çox uğurlu tapşırıqlarda iştirak ediblər: “Füzulidən Xocavəndə qədər döyüş yolu keçən Şəmsəddin əsl qəhrəmanlıq nümayiş etdirib. Oğlum sonuncu dəfə gərgin döyüşlər zamanı düşmənin 14 nəfərdən ibarət qrupunu qumbaraatanla məhv edib”.

Onun sonuncu döyüş yeri Tuğ kəndi istiqamətində olub. Oktyabrın 22-də qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Şəmsəddin Vəliyev döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video