17 Sentyabr 2024 23:36
1310
SİYASƏT
A- A+
Səfir Lətif Qəndilov: Dünya ümidlərini COP29-un Bakıda keçiriləcək qərarlarına bağlayır  

Səfir Lətif Qəndilov: Dünya ümidlərini COP29-un Bakıda keçiriləcək qərarlarına bağlayır  



Bu günlərdə Bişkekdə Mərkəzi Asiya və Əfqanıstanda iqlim dəyişmələri məsələləri ilə bağlı gənclər və uşaqların regional konfransı keçirilib. Burada qeyd olunub ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək və bu tədbirdə Qırğızıstandan olan nümayəndə heyəti də iştirak edəcək.


AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Bişkekdə keçirilən forumdakı çıxışından sonra “Veçerniy Bişkek” nəşrinə verdiyi eksklüziv müsahibəsində BMT-nin Bakıda keçiriləcək konfransındakı danışıqlarda hansı əsas istiqamətlərin nəzərdən keçiriləcəyi və belə bir qlobal foruma ev sahibliyi etmək üçün niyə məhz Bakının təsdiqləndiyi barədə danışıb.


“COP29-un keçiriləcəyi məkan kimi Bakının seçilməsi dünya ictimaiyyətinin Azərbaycana ciddi tərəfdaş kimi yüksək etimadının əlaməti, onun səylərinə və iqlim problemlərinin həllinə verdiyi töhfəyə verilən yüksək qiymət kimi qiymətləndirilə bilər. Biz iqlim dəyişmələri sahəsində regional və yerli məqsədlər deyil, dünya miqyasında qlobal məqsədlər qoyuruq.


COP29-un keçiriləcəyi yerin seçilməsinə Azərbaycanın beynəlxalq səviyyəli müxtəlif böyük tədbirlərə və forumlara ev sahibliyi etməkdə artıq qiymətli təcrübəyə malik olması da təsir edib. Paytaxtımız dəfələrlə özünü irimiqyaslı tədbirlər üçün ideal platforma kimi nümayiş etdirib”, - deyə azərbaycanlı diplomat bildirib.


O, belə bir qlobal foruma hazırlıqdan danışaraq bildirib ki, Azərbaycan forumun keçiriləcəyi yer kimi ötən il dekabrın 11-də seçilib. Artıq dekabrın 15-də isə Prezident İlham Əliyev işgüzar müşavirə keçirib və tədbirin keçirilməsi ilə bağlı göstərişlər verib. “Prezident İlham Əliyevin bildirdiyi kimi, qarşıdan gələn iqlim konfransı ən mötəbər beynəlxalq tədbirlərdən biridir, çünki ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından heç də geri qalmır”, - deyə səfir qeyd edib.


Azərbaycanlı mütəxəssislər COP29-a sədrlik və keçirilməsi çərçivəsində iqlim dəyişmələri məsələlərinə dair müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmiş, artıq COP-a ev sahibliyi etmiş digər ölkələrin təcrübəsini öyrənmiş, müxtəlif regionlardakı ölkələrlə ikitərəfli danışıqlar aparmışlar.


“Bu gün dünya ictimaiyyətinin qarşısında planetdə orta temperaturun Selsi üzrə 1,5 dərəcədən çox artmasının qarşısını almaq vəzifəsi durur, əks halda, dünya fəlakətli nəticələrlə üzləşəcək. Biz artıq onları özümüzdə və sağlamlığımızda hiss edirik. Fırtınalar, qasırğalar, sel və daşqınlar, meşə yanğınları, çaylarda və göllərdə suyun səviyyəsinin aşağı düşməsi, quraqlıq və nəticədə kənd təsərrüfatı məhsullarının aşağı düşməsi, ərzaq məhsullarının bahalaşması. Bütün bu müsibətlər və təhdidlər planetdə istiləşmə ilə bağlıdır. Və bu, sabahkı gün deyil, artıq bu gündür. Bu da təəssüf ki, bütün dünya üçün bir çox ən ciddi problemlərin başlanğıcıdır. Bax buna görə də bəşəriyyət öz qlobal ümidlərini müəyyən dərəcədə Bakıda keçiriləcək COP29-un qərarları ilə bağlayır”, - deyə Azərbaycanın səfiri Lətif Qəndilov müsahibəsində qeyd edib.


Ölkəmizdə ekoloji məsələlərə göstərilən diqqətdən danışan diplomat bildirib ki, COP29-a ev sahibliyi edən tərəf kimi Azərbaycan iqlimin qorunmasında nümunə göstərir. “İqlim dəyişmələri ilə mübarizə məsələləri milli planlara daxil edilib. Ölkə bu yaxınlarda Qlobal Metan Öhdəliyi və istixana qazı emissiyalarının atmosferə buraxılmasının daha da azaldılması imkanının araşdırılmasına qoşulub. Yaşıl artım Azərbaycan üçün əsas inkişaf prioritetlərindən biridir. Milli səviyyədə və ondan kənar iqlim dəyişmələri ilə mübarizədə fəaliyyətə təkan vermək üçün Prezident İlham Əliyev bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.


Bu gün Azərbaycan “yaşıl enerji”yə keçiddə regional liderdir. Son illərdə biz bütün ölkə üzrə yaşıl layihələrə diqqət yetiririk, işğaldan azad edilmiş ərazilərdə “ağıllı” şəhər və kəndləri inkişaf etdiririk. Onilliklər davam edən erməni işğalı zamanı bu torpaqlara ekoloji cəhətdən ciddi ziyan vurulub. 2050-ci ilə qədər bu rayonlar və Naxçıvan Muxtar Respublikasının ərazisi sıfır emissiya zonasına çevriləcək. 2030-cu ilədək Azərbaycanda müəyyən edilmiş elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payı 30 faizə çatacaq”, - deyə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

14:35
06 Oktyabr

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq

14:33
06 Oktyabr

Məzahir Pənahov: Azərbaycanın böyük nümayəndə heyəti Qazaxıstan referendumunu müşahidə edir

13:55
06 Oktyabr

FHN-in amfibiya tipli təyyarəsi Türkiyədə yanğınsöndürmə əməliyyatını davam etdirir

12:47
06 Oktyabr

Qazaxıstanda referendum keçirilir

12:30
06 Oktyabr

Donald Tramp sui-qəsdə məruz qaldığı yerdə yenidən seçiciləri ilə görüşüb

10:35
06 Oktyabr

Volodimir Zelenski: Ukrayna üçün sülhə zəmanət ərazi güzəşti olmadan verməlidir

10:31
06 Oktyabr

430 il əvvəl...

08:35
06 Oktyabr

Bir gün balıq ovunda…

08:30
06 Oktyabr

Əgər COP29-un iştirakçıları Balaxanıya gəlsələr...

08:25
06 Oktyabr

İlham ƏLİYEV: "Azərbaycan ərazi bütövlüyünü təkbaşına bərpa edir"

08:20
06 Oktyabr

Qərbi Azərbaycana qayıdış milli ideyamızın ayrılmaz hissəsidir

08:15
06 Oktyabr

ABŞ-nin riyakarlığı

08:10
06 Oktyabr

Azərbaycan sabitlik məkanıdır

08:05
06 Oktyabr

Eviniz mübarək, eliniz abad olsun

08:00
06 Oktyabr

Çin sərhədindən Abşerona qədər yükdaşımaların müddəti 9 günədək azaldılıb

01:58
06 Oktyabr

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 2 mindən çox iş yeri yaradılacaq

01:57
06 Oktyabr

"Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 

01:55
06 Oktyabr

S.K.Hacıyevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

01:54
06 Oktyabr

Bu il "Ümumdünya kosmos həftəsi" kosmos və iqlim dəyişmələri mövzusuna həsr olunub 

01:49
06 Oktyabr

BANM-də innovativ ideya və həllər müsabiqəsi başa çatıb 

01:47
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!