24 Noyabr 2022 01:08
570
ELANLAR
A- A+

Şəffaf, ədalətli və məsuliyyətli

 

Bu meyarları rəhbər tutan "Azərlotereya" ASC-nin yenilənmiş fəaliyyəti beynəlxalq səviyyədə də təqdir olunur. Fəaliyyət sferasında beynəlxalq standartların tətbiqinə önəm verən "Azərlotereya"nın qısa müddət ərzində nüfuzlu Dünya Lotereya Assosiasiyasına (WLA) üzv olması bu baxımdan xüsusi diqqət çəkir. 80 ölkə üzrə 150-dən çox rəsmi lotereya və idman mərc oyunları operatorunu özündə birləşdirən təşkilatın ümumi məqsədi əyləncəli şans oyunlarının məsuliyyətli satışını həyata keçirməkdir. 
Lotereyaların təşkilində ən son texnoloji yenilikləri həyata keçirən, oyun proqramlaşdırılması, məhsulun idarə edilməsində şəffaflığın qorunması və təhlükəsizlik kimi məsələlərə ciddi yanaşan "Azərlotereya" ASC-nin fəaliyyəti assosiasiyanın meyarlarına cavab verdiyi üçün üzvlüyə layiq görülüb.
Bütün sahələrdə qanunçuluğun və şəffaflığın təmin olunması Azərbaycanda həyata keçirilən dövlət siyasətinin priorietlərindən biridir. Təsadüfi deyil ki, son illədə həyata keçirilən islahatların bir məqsədi də şəffaflığın, ədalətin və qanunçuluğun qorunması olmuşdur. 
Nəticə etibarilə bütün bunlar respublikamızın inkişaf strategiyasında qarşıya qoyulan bütün vəzifələrin uğurla yerinə yetirilməsi ilə müşayiət olunur.  Azərbaycan hökuməti dövlət şirkətlərinin də fəaliyyətinin yeni formatda qurulması, bu sahədə idarəçiliyin effektivliyinin artırılmasını yeni dövr üçün iqtisadi siyasətin prioritet istiqamətlərindən biri elan edib. 
"Azərlotereya" ASC-nin özəl sektorun idarəçiliyinə verilməsi dövlət şirkətlərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində yeni bir yanaşma oldu. 2001-ci ildə yaradılmış "Azərlotereya" ASC tirajlı lotereyaların təşkili və keçirilməsi sahəsində fəaliyyət göstərən dövlət müəssisəsidir. Şirkət hər zaman mənfəətlə çalışan dövlət strukturlarından biri olub. Azərbaycanda lotereya oyunlarına maraq daim yüksəkdir. Bu baxımdan cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi zərurəti artıq zamanın tələbi idi.
Ötən dövrün reallıqları göstərir ki, "Azərlotereya"nın xarici investor kimi Türkiyənin "Demirören Holding" şirkətinin idarəçiliyinə verilməsi ölkəmizdə keçirilən şans oyunlarının məzmununu əsaslı şəkildə dəyişib, qurumda qabaqcıl korporativ idarəetmə prinsiplərinin tətbiq olunmasını sürətləndirib, iqtisadi səmərəni, həmçinin Azərbaycanda şans oyunlarının populyarlığını əhəmiyyətli şəkildə artırıb.
 "Demirören Holding" şirkətinin "Azərlotereya"nın idarəçiliyinə cəlb edilməsi həm də ölkəmizdə şans oyunları sektorunu inkişaf etdirmək üçün investisiya və yeni texnologiya cəlb etməyə imkan yaradıb. Azərbaycan hökumətinin bu addımı dünya təcrübəsində mövcud olan ən yaxşı modellərin, oyun sistemlərinin, satış, cəlbetmə və stimullaşdırma mexanizmlərinin ölkəmizdə tətbiqinə imkan verib. 
"Azərlotereya" ASC-nin bu ilin yayında Dünya Lotereya Assosiasiyasına üzv qəbul olunması da şirkətin lotereyaların təşkilində ən son texnoloji yenilikləri həyata keçirməsinin, oyun proqramlaşdırılması, məhsulun idarə edilməsində şəffaflığın qorunması və təhlükəsizlik kimi məsələlərə ciddi yanaşmasının nəticəsidir. Şirkətin fəaliyyəti assosiasiyanın meyarlarına cavab verdiyi üçün üzvlüyə layiq görülüb. Təsadüfü deyil ki, şirkətin ani lotereya biletlərinin hazırlanmasında qabaqcıl texnologiyaya əsaslanan "Scientific Games" şirkəti birbaşa iştirak edir. Bundan əlavə, tirajlı lotereya oyunlarının keçirilməsində bu sahədə dünyanın qabaqcıl şirkətlərindən olan "Akanis Technologies" şirkətindən alınmış müasir avadanlıqlardan istifadə edilir.
Qeyd edək ki, Dünya Lotereya Assosiasiyası təxminən 80 ölkə üzrə 150-dən çox rəsmi lotereya və idman mərc oyunları operatorunun qlobal peşəkar birliyidir. Assosiasiya üzvlərinin ümumi məqsədi əyləncəli şans oyunlarının məsuliyyətli satışını həyata keçirməkdir. Bu baxımdan "Azərlotereya" ASC beynəlxalq təcrübəyə əsaslanaraq şans oyunlarının təşkilində xoş və əyləncəli xidmətlər təqdim edərkən hər  zaman "Məsuliyyətlə oyna!" prinsipinə sadiq qalır. 
Eyni zamanda Avropa Lotereyalar və Toto Assosiasiyasına (EL) üzv olan "Azərlotereya" ASC "Məsuliyyətli oyun" konsepsiyasının tətbiqini genişləndirir.  "Məsuliyyətli Oyun" standartı ilə bağlı "Azərlotereya" ASC-nin Müşahidə Şurasının qərarına əsasən, "Azərlotereya" ASC-nin İdarə Heyəti Avropa Lotereyaları və Toto Assosiasiyasının "Məsuliyyətli Oyun" standartlarının "Azərlotereya" ASC-nin bütün fəaliyyət istiqamətləri üzrə tətbiq edilməsinə və lazımi adaptasiyaların icra edilməsinə dair strateji hədəflərin icrasına görə məsuliyyət daşıyır. Bu məqsədlə lotereya və idman mərc oyunları həvəskarları üçün *2070 "Məsuliyyətlə oyna!" dəstək xəttini istifadəyə verən şirkət bu istiqamətdə görülən işlərin davamı olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə memorandum imzalayıb. "Azərlotereya"nın Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığına əsasən, *2070 dəstək xəttinə müraciət edən oyunçular instituta yönləndiriləcəklər. Həmin şəxslər birbaşa müraciət etdikdən sonra onlara müvafiq maarifləndirmə və dəstək xidməti təmin ediləcək. İnstitut tərəfindən oyunçuların şəxsi məlumatlarının məxfi saxlanılmasına Dünya Lotereya Assosiasiyasının informasiya təhlükəsizliyi standartının öhdəliyinə əsasən  tam təminat verilir. 
Ümumilikdə şəffaflıq, ədalətlilik və məsuliyyətlilik "Azərlotereya"nın fəaliyyətinin əsas prinsipləri kimi diqqəti çəkir. Bu meyarları rəhbər tutan "Azərlotereya"nın yenilənmiş fəaliyyəti beynəlxalq səviyyədə də təqdir olunur.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video