28 Avqust 2024 17:36
3066
Tədbirlər
A- A+
“Sea Breeze” istirahət mərkəzində LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışı olub - YENİLƏNİB

“Sea Breeze” istirahət mərkəzində LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışı olub - YENİLƏNİB


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər 

 

Avqustun 28-də Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində yaradılan “LANDAU School” Təhsil Kompleksinin məktəbinin və “The Grand” apart hotelinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Prezident İlham Əliyevə görülən işlər, o cümlədən “Sea Breeze”in əsas layihələri - 231 şagird üçün nəzərdə tutulmuş “LANDAU School” Təhsil Kompleksinin “Sea Breeze”dəki məktəbi və 450 şagird üçün nəzərdə tutulmuş “SABAH.school” barədə məlumat verdi.

Bildirildi ki, məktəb binalarında kompüter sinifləri, psixoloq kabineti, laboratoriyalar, açıq və qapalı idman meydançaları var. Təlim Britaniya kurikulumuna uyğun olaraq ingilis dilində aparılır. LANDAU Məktəb kompleksinin ərazisində orta ümumi təhsillə yanaşı, məktəbəqədər təhsil üçün ayrıca bina da var. Ümumilikdə, təhsil kompleksi 1100-dən çox şagird üçün nəzərdə tutulub.

Ərazidəki ən böyük apart otel - “The Grand” da istifadəyə verildi.

Diqqətə çatdırıldı ki, bura il boyu yaşamaq və ya kirayə vermək üçün nəzərdə tutulmuş 224 mənzil və 3 penthausdan ibarətdir. Təmirli 100 mənzil əşyalarla birlikdə artıq satılıb. Apart otelin ərazisində iki hovuz, üç restoran, konfrans zalı, butiklər, SPA mərkəzi və qəbul xidməti fəaliyyət göstərir.

Qeyd olundu ki, ekoloji cəhətdən təmiz, müasir və memarlıq həlləri baxımından texnoloji layihə olan “Sea Breeze” gələcəyin şəhəri kimi inkişaf edir. Nəhəng layner formasında ilk mənzillərdən ibarət flaqman daşınmaz əmlak layihəsi olan “Caspian Dream Liner” süni adada tikiləcək. Bu nadir memarlıq quruluşu sayəsində “Sea Breeze” qlobal turizm xəritəsində daha da cəlbedici məntəqəyə çevriləcək. İrimiqyaslı layihə fondunun hazırlanması üzərində bir neçə memarlıq bürosu işləyir, o cümlədən dünyaşöhrətli memarlar cəlb olunur. Ekspertlər kurort şəhərini bu gün dünyada öz ərazisində bu qədər çoxlu sayda daşınmaz əmlakı birləşdirən yeganə layihə adlandırırlar.

“Sea Breeze”in beynəlxalq tərəfdaşları arasında nüfuzlu, qlobal otel şəbəkələri var ki, onlar yaxın illərdə sahildə otel kompleksləri açmağı planlaşdırırlar.

İlboyu yaşamaq, rahatlıq və yaxşı istirahət üçün hər cür şərait yaradılan “Sea Breeze”də beynəlxalq məktəb və LANDAU uşaq bağçası kimi təhsil müəssisələri, tibb ocaqları, biznes mərkəzi və tibbi-sağlamlıq kompleksi tikinti mərhələsindədir. Həmçinin ərazidə həm uşaqlar, həm də böyüklər üçün ustad dərsləri, mühazirələr və praktik məşğələlərin keçirildiyi incəsənət mərkəzi yerləşir.

Qeyd edək ki, “Sea Breeze” kurort şəhəri Xəzər dənizinin sahilində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşir. 500 hektar sahədə artıq 1,5 milyon kvadratmetrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib. İstirahət zonaları, parklar və çimərlik üçün 150 hektardan çox ərazi ayrılıb. Bu gün daha 1,5 milyon kvadratmetr sahə reallaşdırma mərhələsindədir və yaxın vaxtlarda daha 2 milyon kvadratmetr sahənin tikintisinə başlanılacaq. Üç il ərzində layihənin ümumi sahəsi 5 milyon kvadratmetrdən çox təşkil edəcək və 100 min daşınmaz əmlak obyekti tikilib istifadəyə veriləcək. Sakinlərin və turistlərin ümumi sayı 300 min nəfərə çatacaq, iş yerlərinin sayı isə 20 minə qədər artacaq. Hazırda burada 6560 nəfər işlə təmin olunub. Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir.

Cari yay mövsümündə akvapark, luna park və sirk, həmçinin kurort şəhərciyinin yaxınlığında yeni yaradılan pulsuz çimərlik zonası da daxil olmaqla, yeni çimərlik zonaları açılıb. Həmçinin ərazidə 1 milyona yaxın bitki və ağac əkilib. Hazırda yaşıllıqların sahəsi 150 hektara çatır.

Bu ilin noyabrında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Sea Breeze” landşaft parkının salınması təşkil olunacaq – tədbirin qonaqları, Azərbaycanın və beynəlxalq şirkətlərin rəhbərləri, siyasətçilər və mədəniyyət xadimləri ağacların əkilməsində iştirak edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Fənərbaxça”nın legioneri əlinin böyüklüyü ilə diqqət çəkdi

13:32
15 Oktyabr

"Neftçi" bu 2 ildə Abasova nə qədər PUL QAZANDIRACAQ?

13:21
15 Oktyabr

Venesuela təzminat istəyir

13:09
15 Oktyabr

“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına

12:59
15 Oktyabr

Çin Rusiya ilə hərbi əlaqələri genişləndirməyə hazırdır

12:38
15 Oktyabr

500-ə yaxın əfqan əsgər Britaniyada yaşayacaq

12:36
15 Oktyabr

Gürcüstanın hakim partiyasından Borrellə cavab: Çox ədalətsiz bəyanatdır

12:30
15 Oktyabr

Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb

12:15
15 Oktyabr

Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib

12:10
15 Oktyabr

Gürcüstanda keçiriləcək seçkilərdə 13 azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq

12:10
15 Oktyabr

Milli futbol liqaları FIFA-nı məhkəməyə verib

12:01
15 Oktyabr

İntensiv yağıntılar nəticəsində bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur

11:47
15 Oktyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın yardımını unutmayacaq

11:32
15 Oktyabr

Böyük Britaniya Gürcüstanla dialoqu dondurdu

11:30
15 Oktyabr

Qlobal dövlət borcu 100 trilyonu ötəcək

11:28
15 Oktyabr

Macarıstanın Baş naziri COP29-da iştirak edəcək

11:27
15 Oktyabr

Faktiki hava: Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb

11:26
15 Oktyabr

“Azərkosmos”un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib

11:24
15 Oktyabr

Dövlət Komitəsi insanları mina təhlükəsi ilə bağlı xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırıb

11:20
15 Oktyabr

Trampdan təklif: həmin gün ordudan istifadə edilməlidir

11:08
15 Oktyabr

COP29 ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında kimlər dayanır? – “EU Today”də məqalə

10:52
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!