SDU-da “Açıq qapı” günü təşkil edilmişdir
Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər və KİV nümayəndələrinin iştirakı ilə tədris ilinin payız semestrinin imtahan sessiyasına dair “Açıq qapı” günü keçirilib.
Əvvəlcə nümayəndə heyəti şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində ucaldılan xatirə abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Nümayəndə heyəti ilə görüşən universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov payız imtahan sessiyasının təşkili və gedişatı, imtahan prosesində obyektivliyin, şəffaflığın təmin olunması ilə bağlı aparılan məqsədyönlü tədbirlər və imtahanın qaydaları haqqında geniş məlumat verib. R.Hüseynov bildirib ki, imtahanlar əyani formada keçirilir. İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğun həyata keçirilir.
Vurğulanıb ki, Sumqayıt Dövlət Universitetində payız imtahan sessiyasının 2022-ci ilin yanvarın 5-dən fevralın 2-dək keçirilməsi nəzərdə tutulub. İmtahan sessiyasının gedişində yarana biləcək şikayətlərin yerində və operativ şəkildə həll edilməsini təmin etmək məqsədilə Apellyasiya komissiyası, eyni zamanda imtahan sessiyasının gedişinə nəzarət və tələbələr arasında yarana biləcək şikayətlərin operativ şəkildə araşdırılaraq aradan qaldırılması məqsədilə qərargah yaradılıb. Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçib. Elmi kitabxanada elektron kitabxana tələbələrin ixtiyarına verilib.
Tədbirdə bildirilib ki, sessiya dövründə universitetin ictimai nəzarət və məsləhət şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq “Açıq qapı” günləri təşkil edilir. Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində də imtahanlar eyni qaydada həyata keçirilir.
Sonra universitetin rəhbərliyi, valideynlər və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə edərək tələbələrin fikirlərini öyrəndilər və qeyd etdilər ki, sualların hamısı semestr boyu keçdikləri mövzuları əhatə edir.
Tədbir iştirakçıları universitetin fakültələrinin iş otaqları ilə də tanış oldular. Sonda idman meydançası, yataqxana və digər laboratoriyaların texniki avadanlıqlarına baxış keçirildi.
Akif ƏLİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya birjalarında neft bahalaşıb
24 Aprel
"Yuventus" finalda rəqibini gözləyir
24 Aprel
Azərbaycan nefti bahalaşıb
24 Aprel
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
24 Aprel
Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib
24 Aprel
Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib
24 Aprel
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub
24 Aprel
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub...
24 Aprel
Avropa ən sürətlə istiləşən qitədir
24 Aprel
Azərbaycan idmanının parlayan yeni ulduzu
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!