01 Iyul 2022 01:38
825
Təhsil
A- A+

SDU 60 illiyinə hazırlaşır

 

Bu il Sumqayıt Dövlət Universitetinin  60 illik yubileyi qeyd ediləcək. Artıq yubiley münasibətilə universitetdə tədbirlərə start verilib. Bu çərçivədə universitetin bir qrup müəllimi Biləsuvar rayonunda səfərdə olub.

Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Şirvan - Salyan Regional Təhsil İdarəsinin əməkdaşları, rayon ziyalıları,  SDU-nun müxtəlif illərdə məzunu olmuş rayonun təhsil işçiləri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş  şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edildikdən sonra görüşü giriş sözü ilə açan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli SDU-nun zəngin ənənələrə malik elmi-pedaqoji fəaliyyətindən söz açıb. Bildirilib ki, biləsuvarlı gənclərin qəbul imtahanlarında bu təhsil ocağını seçməsi  sevindirici haldır. Universiteti əvvəlki illərdə bitirənlər isə hazırda respublikamızın ictimai həyatında, iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar. 

Tədbirdə vurğulanıb ki, 1962-ci ildə yaradılan Sumqayıt Dövlət Universiteti bu gün ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzidir. Universitet fəaliyyət göstərdiyi dövrlərdə yalnız Azərbaycanın deyil, həm də keçmiş SSRİ-nin, eləcə də bir sıra xarici ölkələrin sənaye müəssisələrini yüksəkixtisaslı kadrlarla təmin edib, ölkəmizin intellektual potensialının inkişafına dəyərli töhfələr verib.

 

Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video