24 May 2022 22:46
285
Mədəniyyət

Türk dövlətlərinin turizm rəsmiləri Şamaxıda görüşüb

Müasir İpək Yolu turizm marşrutunun inkişaf etdirilməsi ölkələrimiz arasında inkişaf etməkdə olan əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev mayın 24-də Şamaxıda keçirilən Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə qeyd edib.

Tədbirdə çıxış edən Fuad Nağıyev Azərbaycanda turizm sənayenin artıq özünü bərpa etməyə başladığını, ölkələrimiz arasında turizm əlaqələrinin inkişafı və turist mübadiləsinin artırılması üçün qarşılıqlı təbliğatın aparılmasının önəmini, ölkəmizdə gəlmə statistikasında türk dövlətlərinin payının çoxalmasına ümid etdiyini vurğulayıb.

O, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin tarixi köklərlə bir-birinə bağlılığı, ortaq tarix və mədəni irsə sahib olma kimi amillərlə yanaşı, coğrafi yaxınlıq, vizasız gediş-gəliş və birbaşa uçuşların olmasının turizm əlaqələrinin, eləcə də dostluq və qarşılıqlı anlaşma üzərində qurulan əməkdaşlığın inkişafına öz töhfəsini verdiyini bildirib.

Agentlik sədri “Müasir İpək Yolu” turizm marşrutu kimi müştərək turizm məhsullarının yaradılması istiqamətində işlərin intesivləşdirilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin azad edilmiş torpaqların böyük turizm potensialına malik olduğunu, bu ərazilərdə Azərbaycan hökuməti tərəfindən genişmiqyaslı quruculuq işləri aparıldığını, tezliklə Qarabağın regional turizm destinasiyasına çevriləcəyini və azad edilmiş ərazilərin bərpa olunması dövründə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələrin önəmini qeyd edib.

Görüşdə “Türk Dünyası Turizm Paytaxtı təşəbbüsü” ilə bağlı qaydaları təsdiq edilib və “Türk Dövlətləri Təşkilatının Turizm üzrə Yol Xəritəsi” sənədi qəbul edilib.

Tədbirdə çıxış edən təşkilatın Baş katibi Bağdad Amreyev göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək üzv ölkələr arasına əlaqələrin bütün müstəvilərdə inkişafının turizm sahəsinə də müsbət təsir etdiyini qeyd edib. O, Şamaxı şəhərinin 2023-cü il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilməsi münasibətilə təbrik edib, bu təşəbbüsün davam etdirilməsinin üzv ölkələr arasında qarşılıqlı məlumatlılığın artırılmasına töhfə verəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, tədbirdə ölkələr arasında turizm üzrə müxtəlif sahələrdə, o cümlədən qış turizmi üzrə əməkdaşlıq, müştərək turizm məhsullarının yaradılması istiqamətində əməkdaşlıq kimi məsələlər üzrə müzakirələr aparılıb.

Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci görüşündə təşkilatın Baş katibi Bağdad Amreyev, Özbəkistanın Baş nazirinin müavini, turizm və mədəni irs naziri Əziz Abduxakimov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev, Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşanquliyev, eləcə də təşkilatda müşahidəçi statusa malik Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi iştirak ediblər. Türkmənistan mədəniyyət nazirinin müavini Nursahet Şirimov isə tədbirə onlayn qoşulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video