21 Yanvar 2022 17:45
797
Elm və texnika
A- A+

Şamaxı rəsədxanası: Alimlər qara dəliklərin sayının daha çox olduğunu müəyyən ediblər

 

Alimlər qara dəliklərin sayının ehtimal olunandan daha çox olduğunu müəyyən ediblər.

Bu barədə AZƏRTAC-a AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, alimlər massiv ulduzların ömrünün sonunda yaranan, kütlələri bir neçə yüz Günəş kütləsi arasında olan qara dəliklərin sayı haqqında yeni elmi tədqiqatlar aparıblar.

Professor Andrea Lapi və Lumen Bokonun rəhbərliyi ilə SİSSA-da bu mövzu üzərində çalışan alimlərin müasir astrofizika və kosmologiyada ən aktual məsələlərdən biri olan qara dəliklərin sayı ilə bağlı “The Astrophysical Journal”da məqaləsi dərc olunub. Yenicə dərc olunmuş seriyanın ilk məqaləsində müəlliflər qara dəliklərin demoqrafik göstəricilərini araşdırıblar. Son nəzəriyyələrdə Kainatın ümumi adi (barionik) maddəsinin təxminən 1 faizinin qara dəliklərə aid olduğu hesab olunurdu. Lakin yeni araşdırmalara görə hazırda müşahidə oluna bilən Kainatdakı qara dəliklərin sayının təxminən 40x1018 olduğu aşkar edilib.

Müəlliflərin qeyd etdiyi kimi, bu mühüm nəticə SISSA-nın əməkdaşı Mario Spera tərəfindən hazırlanmış ən müasir ulduz və qoşa sistemlərin təkamülünü birləşdirən SEVN kodu vasitəsilə uyğun tədqiqatlar üçün orijinal yanaşma sayəsində əldə edilib. Hesablamalar üçün qalaktikaların uyğun fiziki parametrləri, ulduzəmələgəlmə prosesinin tempi, ulduz kütləsinin miqdarı, ulduzlararası mühitin metallikliyi nəzərə alınaraq qara dəliklərin sayı və bütün Kainat boyunca necə paylanmasını alıblar. Aleks Sisiliyanın sözlərinə görə, bu kosmologiya tarixində qara dəliklərin kütləsinin ilk və ən etibarlı üsulla hesablanmış qiymətidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video