09 Avqust 2022 08:50
556
Səhiyyə

Sağlam qidalanma zehni gücləndirir

 

Kitab oxumaq və ya krossvord həll etməklə yanaşı, düzgün qidalanma ilə zehnin güclənməsinə nail olmaq olar. Bu qənaətə Missuri Universitetinin alimləri gəlib.

AZƏRTAC “MedikForuma” istinadla xəbər verir ki, amerikalı alimlərin araşdırmaları heç bir müalicə üsulları olmayan bir xəstəlikdən özünü qorumağın sadə və etibarlı yolunun mövcud olduğunu göstərir. Söhbət Altsheymer xəstəliyi və digər demensiya növlərindən gedir. Tədqiqatlar göstərib ki, optimal miqdarda zülal, yağ və karbohidrat ehtiva edən düzgün qidalanma Altsheymer xəstəliyinin inkişafını gecikdirə və ya hətta qarşısını ala bilər. Xüsusilə Raçelski ailəsinin hekayəsi buna nümunə ola bilər, bu ailə haqqında hətta bütöv bir telesüjet da çəkilib. 2016-cı ildə Meri Raçelski rəsmi diaqnozla üzləşib - orta dərəcədə koqnitiv pozğunluq daha sonra Altsheymer xəstəliyinə çevrilib.

Cütlük onlar yaddaş itkisinin müalicə edilə bilməyəcəyini söyləyən bir çox fərqli mütəxəssisə müraciət ediblər. Lakin Meri və Endi təslim olmadılar, eyni zamanda, müstəqil araşdırmaya başladılar. Onlara pəhriz yanaşmasını tövsiyə edən bir tibb işçisi tapdılar. O, bədəndə çoxlu şəkər istehsal edən hər şeydən imtina etməyi məsləhət gördü. Bu effekt isə xüsusilə emal edilmiş qidaları qəbul etdikdən sonra özünü göstərir. İndi ər-arvadın soyuducusu sözün əsl mənasında meyvə, tərəvəz, bitki məhsulları və üzvi ətlə doludur. Bir neçə il belə qidalandıqdan sonra Meridə intellektin zəifləməsi prosesi yavaşlayıb.

Bu yaxınlarda ABŞ-ın Altsheymer Qurbanlarına Yardım Assosiasiyası bununla razılaşıb. Alimlər emal edilmiş qidalara diqqət yetirməklə, demək olar ki, 10 min insanın iştirak etdiyi araşdırmanın nəticələrini dərc ediblər. Müəyyən edilib ki, bu qidanın qida rasionunda həddindən artıq olması zehnin zəifləmə sürətini tezləşdirir. Buna görə də, hər cür pizza, ağ çörək və şirniyyatlar, eləcə də qazlı içkilər sağalmaz bir xəstəliyi yaxınlaşdıra biləcək məhsullardır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video