27 Yanvar 2023 01:42
446
İQTİSADİYYAT
A- A+

"Şabranın üzümü, bir mirvari düzümü"

 

Rayon fermerlərini üzümçülükdəki bugünkü məhsuldarlıq qane etmir 

 

Şimal bölgəsinin fərqli təbiətə, geniş aqrar potensiala malik rayonlarından biri də Şabrandır. Bu baxımdan ölkəmizdə həyata keçirilən layihələrin bir çoxunun Şabrandan başlaması təsadüfi deyil. Ümumilikdə rayon ən müxtəlif kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişli ərazilərə malikdir və belə məhsullardan biri də üzümdür. 
Şabranda da üzümçülüyün tarixi qədimdir. Bu günə gəldikdə, hazırda rayon üzrə 385 hektar üzüm sahəsi var. Ağ və qara "Kişmişi", "Ağadayı", "Mirəndi", "Təbrizi" və s. rayonda daha çox əkilib-becərilən sortlardandır. Son illər fermerlər xarici ölkələrdən gətirdikləri yeni üzüm sortlarını da sınaqdan keçiriblər. Məsələn, Özbəkistandan gətirilən "Gəlinbarmağı" sortu özünü doğruldub. Həm məhsuldarlığı, həm də budaqlarının möhkəmliyi üzümçüləri qane edir. Başqa bir sort isə İspaniyadan gətirilib. Onun da məhsuldarlığı yüksəkdir. Bəzən bir salxımı 7-8 kiloqram gəlir. Belə sortdan kim imtina edər ki... 
Rayonda iri üzümçülük təsərrüfatları fəaliyyət göstərir. "Vinneru-Soarb" MMC-nin torpaq sahəsi əsasən Ağbaş kəndindədir. MMC 121 hektarın cəmi 10 hektarında süfrə üzümü yetişdirir. Yerdə qalan ərazilərdə becərilən isə texniki sortlardır. Bu müəssisənin üzümləri əvvəlki illərdə Belarus, Ukrayna və Rusiyaya daşınırdı və MMC bundan xeyli gəlir götürürdü. Hazırda məlum səbəblə bağlı məhsulun yalnız bir hissəsi ixrac olunur. Yerdə qalan üzüm ölkəmizdəki şərab emalı müəssisələrinə satılır. 
"Zaman" və "Turaz" MMC-lər də uzun illərdir üzümçülüklə məşğul olurlar. Gəndob və Dəvəçi kəndlərində yerləşən müəssisələrin 44 hektar üzüm bağları var. Əsasən süfrə üzümü yetişdirən "Turaz" MMC 12 min tonluq saxlama kamerasına da malikdir. Təkcə Şabrandan deyil, ətraf rayonlardan da bura məhsul saxlamaq üçün gələn olur. Alma, nektarin, armud və s. meyvələr həmin soyuducu anbarlarda təzə dərilmiş kimi qalır. 
Şəxsi təsərrüfatlarında üzüm yetişdirənlərin və təbii ki, fermerlərin ölkənin iri ticarət mərkəzləri ilə sıx əlaqələri var. Taxtalat kəndində 9 hektar əraidə üzümçülüklə məşğul olan Əhməd Səmədov yetişdirdiyi süfrə üzümünü əsasən paytaxtda və Sumqayıtda satır. Bunun üçün o, iri ticarət mərkəzləri ilə əvvəlcədən müqavilə bağlayır. Ona görə də satışda problemi yoxdur. İndi Əhməd Səmədov üzüm bağını bir qədər də genişləndirmək fikrinə düşüb. Deyir ki, məhsul vaxtında və sərfəli qiymətə satılırsa, onu genişləndirmək lazımdır. 
Üzümçülərin dərman preparatları sarıdan da problemləri yoxdur. Bu isə üzümçülükdə əsas şərtdir. Şabran üzümçülərini yeganə qane etməyən məhsuldarlıqdır. Bu səbəbdən şabranlı fermerlər məhsuldar sortların əkinini genişləndirməyi hədəfləyiblər. 
Akif ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video