21 Yanvar 2022 16:30
551
SİYASƏT
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərində 20 Yanvar şəhidləri anılıb

 

Rusiyanın Sankt-Peterburq şəhərindəki Lensovet adına Mədəniyyət Sarayında 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin və Azərbaycanın bu şəhərdəki Baş konsulluğunun təşkilatçılığı ilə baş tutan anım mərasimində diasporumuzun və yerli ictimaiyyətin 100-dən çox nümayəndəsi iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov, ölkəmizin Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov, ruhani Hacı Vüqar və başqaları çıxış ediblər.

Bildirilib ki, xalqımız SSRİ rəhbərliyinin göstərişi ilə sovet qoşunlarının Bakıda və Azərbaycanın digər bölgələrində dinc xalqımıza qarşı törətdiyi amansız repressiya aktını heç bir zaman unutmayacaq. “20 Yanvar günü qətlə yetirilən qurbanların sayı dəhşət doğurur. 137 dinc sakin öldürülüb, 700-dən çox insan yaralanıb, 841 nəfər məhkəməsiz və istintaqsız həbs edilib. Həmin gecə dinc Azərbaycan vətəndaşları müasir Azərbaycan dövlətinin müstəqilliyi və azadlığı uğrunda canlarından keçdilər”, - deyə V.Məmişov nəzərə çatdırıb.

O dönəmdə Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin ailə üzvləri ilə birgə faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənlərin ünvanına kəskin bəyanatla çıxış etməsi cəsarətli addım adlandırılıb. Bütün təhlükələrə baxmayaraq, dahi şəxsiyyətin xalqımızın başına gətirilən müsibəti dünya ictimaiyyətinə çatdırmaqla sovet rəhbərliyinin Azərbaycan ətrafında yaratdığı informasiya blokadasını yardığı vurğulanıb.

“Yanvar faciəsinin qəhrəmanlarını və qurbanlarını unutmuruq, hər zaman yad edirik. Həmin gün Azərbaycanın faciəli tarixlərini unutmağa yol vermir. Hər şey gözümün qabağında, evimin yanında baş verirdi”, - deyən Baş konsul S.Qasımov acı təəssüratlarını bölüşüb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və sağlamlığını itirən 20 Yanvar əlillərinin sosial təminatı məsələlərinə xüsusi diqqət və qayğı ilə yanaşdığına diqqəti cəlb edən natiqlər vurğulayıblar ki, Azərbaycan gələcəkdə heç bir dövlətə və xalqa qarşı belə dəhşətli faciənin törədilməsini arzulamır.

Qonaqlar “Qara Yanvar” başsağlığı kitabına xalqımızın kədərinə şərik olduqları barədə ürək sözlərini və düşüncələrini yazıblar.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrini əks etdirən fotosərgi nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video