05 Sentyabr 2024 16:21
397
İQTİSADİYYAT
A- A+
Rumın ekspert: Azərbaycanın yaşıl enerji sahəsində olan təcrübəsinə böyük hörmət edirik

Rumın ekspert: Azərbaycanın yaşıl enerji sahəsində olan təcrübəsinə böyük hörmət edirik

 

Cənubi Avropa ölkələri ənənəvi olaraq Azərbaycanla enerji təchizatı sahəsində əməkdaşlıq edirlər. Rumıniya Azərbaycanın Balkanlardakı tərəfdaşları arasında xüsusi yer tutur, onunla işgüzar əlaqələr son illər strateji əməkdaşlıq xarakteri alıb. Qarşılıqlı faydalı Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin təməli energetika və nəqliyyat sahəsinə, daha sonra isə elektrik enerjisi tranziti sahəsində perspektivli təşəbbüslərin həyata keçirilməsinə əsaslanır. Ötən illər ərzində kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində əməkdaşlıq nəzərəçarpacaq dərəcədə genişlənib.

Ümumilikdə, son on ildə Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 2,5 dəfə, o cümlədən ötən il ölkələr arasında ticarət dövriyyəsi təxminən 30 faiz artaraq 670 milyon dollara çatıb, investisiya sahəsində əməkdaşlıq da artıb. Rumıniya bazarında ən aktiv fəaliyyət bu ölkənin yanacaq bazarında mühüm yer tutan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən inkişaf etdirilir. Gələcəkdə əməkdaşlığın digər vektoru rumıniyalı investorların Ələt Azad İqtisadi Zonasında iştirakı ola bilər.

Jurnalist T.Məmmədova rumıniyalı ekspert Yulian Kifu ilə AZƏRTAC üçün Azərbaycan və Rumıniya arasında ikitərəfli əməkdaşlığın əsas istiqamətləri mövzusunda müsahibə hazırlayıb. Müsahibəni təqdim edirik:

- Rumıniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Hazırki iqtisadi əlaqələrin səviyyəsinin daha da inkişafı üçün nə etmək lazımdır?

- Biz enerji sektorunda strateji tərəfdaşıq. Mövcud əlaqələr yüksək səviyyədədir və İT, kibermüdafiə, təhlükəsizlik kimi müxtəlif sahələrdə bu səviyyəni daha da yaxşılaşdırmaq üçün əsaslı stimul var. Rumıniya köhnə neft və qaz ölkəsidir. Bizim neft hasilatımız Rumıniyanın cari istehlakının təqribən 40 faizinə, qaz hasilatı isə qış fəslindən, Moldovanın və ya Ukraynanın lazımi dəstəyindən asılı olaraq təxminən 90-100 faiz azalıb. Xüsusilə nəqliyyat xətlərinin idarə olunması, təhlükəsizlik və enerji təhlükəsizliyi üçün alternativlər kimi faydalı ola biləcək bilik və təcrübəmiz var. Strateji Şərq-Qərb-Qara dəniz-Xəzər dənizi dəhlizində qarşılıqlı investisiya, ticarət və nəqliyyat infrastrukturunun perspektivləri olduğundan ölkələrimiz arasında iqtisadi əlaqələrin səviyyəsinin genişlənməsi üçün hər cür şans var. Bu münasibətlərin inkişafı Rumıniyada Avropa İttifaqı (Aİ)-Azərbaycan münasibətləri çərçivəsində yaxşı qarşılanır. Rumıniya Aİ və NATO ölkəsi olduğu üçün bu strukturda təqdim oluna biləcək hər şey müsbət qarşılanacaq. Turizm, təhsil və tədqiqat sahələrində əməkdaşlıq kifayət qədər yaxşı səviyyədədir. Ölkələrimiz öz arasında tam strateji tərəfdaşlığı inkişaf etdirə bilərik.

- Rumıniyanın Aİ-yə üzvlüyü hansı müsbət dəyişiklikləri gətirdi? Ölkəniz Aİ ilə Azərbaycan arasında necə körpü rolunu oynaya bilər?

- Rumıniya 2019-cu ilin birinci yarısında Aİ Şurasına altı aylıq rotasiya qaydasında sədrlik edib. Bizim Azərbaycanla xüsusi münasibətimiz var və bu, Aİ-nin rəsmi Bakı ilə birgə həyata keçirdiyi Bakı-Tblisi-Ceyhan (BTC) - Bakı-Tblisi-Ərzurumdan tutmuş Trans Adriatik Boru Kəməri (TAP) - Trans-Anadolu Təbii Qaz Boru Kəmərinə (TANAP) qədər layihələrin genişləndirilməsinə tam dəstəyə çevrildi. Rumıniya Aİ-də orta gücdür və ittifaqda demək olar ki, bizim Qafqaz da daxil olmaqla Aİ siyasətində böyük təcrübəmiz var. Bizim çoxdilliliyin təşviqi üzrə, kənd təsərrüfatı üzrə və ən son olaraq nəqliyyat üzrə komissarımız olub, onların hamısı Avropa Qonşuluq Siyasəti ilə bağlı sahələrdə iştirak ediblər.

- Rumıniya qeyri-neft sektorunun inkişafında Azərbaycana necə kömək etməyi planlaşdırır? Qeyri-neft-qaz sektorunda əməkdaşlığın hansı sahələrdə potensialı ola bilər?

- Bunun bir neçə yolu var. Birincisi, Rumıniya bu sahədə öz təcrübəsini bölüşə bilər. İkincisi, ölkələrimiz təmiz enerji, sənayenin karbonsuzlaşdırılması, enerji səmərəliliyi sahəsində əməkdaşlığı genişləndirə bilər. Blokçeyn, süni intellekt və kvant hesablamalarını əhatə edən İT daxil olmaqla, bir sıra sənaye sahələrində əməkdaşlıq üçün bütün imkanlar mövcuddur. Amma ən başlıcası xidmətlərin inkişafı sahəsində ölkələrimiz arasında əməkdaşlıqdır. Rumıniya Azərbaycan tərəfi üçün maraqlı hesab edilən bütün sahələrdə əməkdaşlığa hazırdır.

- Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu necə görürsünüz? Cənub Qaz Dəhlizinin ölkəniz və bütövlükdə Avropa üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, bu, Aİ-Azərbaycan ikitərəfli münasibətlərində ən vacib məsələlərdən biri idi. Cənub Qaz Dəhlizi ilk növbədə neft və qazın nəqli üçün alternativ mənbələrə, marşrutlara malik olmaqdır. Bu, həm də Aİ dövlətlərinin, xüsusən də Aİ-nin şərq hissəsində yerləşən dövlətlərin inkişafı üçün lazımi enerji resurslarını təmin etmək üsuludur. Hazırda Rusiyanın Ukraynadakı müharibəsi və ondan sonra tətbiq etdiyi sanksiyalar regionda tranziti böyük ölçüdə əngəlləyir. Mərkəzi Asiyadan Xəzər və Qara dəniz vasitəsilə daşınması üçün hər iki ölkəmizi əhatə edən Orta Dəhliz çox vacibdir və infrastruktur hər iki ölkəmizin xeyrinə inkişaf etdirilə bilər. Bu, yeni əməkdaşlıq sahəsidir.

- 2022-ci il dekabrın 17-də Buxarestdə dörd ölkə Qara Dənizin dibi ilə elektrik kabelinin tikintisi üzrə strateji tərəfdaşlıq haqqında saziş imzaladı. Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Bu layihə hər iki ölkəyə nə kimi fayda verəcək?

- Bildiyiniz kimi, Aİ layihələrinin məqsədləri təmiz və yaşıl enerjiyə keçiddən ibarətdir. Aİ ərazisinə investisiyalar bu və ya digər şəkildə təbii günəş və külək resursları ilə məhdudlaşır. Azərbaycan mühüm resurslardan bəhrələnir və bu istehsal Aİ-nin ehtiyaclarını tamamlaya, razılaşdırılmış və qəbul edilmiş həddi saxlaya bilər. Azərbaycanın yaşıl enerjiyə dair öhdəliyi ilə paralel olaraq, COP29-a sədrliyi ilə bağlı səyləri burada müsbət qarşılanır.

- Rumıniya iqtisadiyyatının hansı sahələri azərbaycanlı investorları maraqlandıra bilər?

- Neft və qaz sənayesi maraqlı ola bilər. Kimya sənayesini birlikdə inkişaf etdirmək də maraqlı ola bilər, çünki Rumıniya bu sahəni yaxşı bilir, böyük təcrübəyə malikdir və biz Azərbaycan qazından ən yaxşı şəkildə istifadə edə bilərik. Amma nəqliyyat xətləri təkmilləşdirilməli, şaquli qaz dəhlizi, eləcə də Qara dənizdə mümkün Şərq-Qərb LNG nəqliyyat xətləri nəzərdən keçirilməlidir. Ümumiyyətlə, enerji tutumlu sənayelər atmosferi həddindən artıq çirkləndirməsə və onların inkişafında qarşılıqlı maraq olduqda perspektivli ola bilər. Təhlükəsizlik və müdafiə sektorunda həm Rumıniyada, həm də Azərbaycanda birgə inkişaf üçün müəyyən maraq kəsb edə biləcək bir çox sahələr var.

- Rumıniya COP29-un uğurla keçirilməsində Azərbaycana necə dəstək verəcək? Ölkələrimiz yaşıl enerjinin inkişafı sahəsində necə əməkdaşlıq edə bilər?

- Rumıniya yaşıl enerjinin inkişafı baxımından fantastik bazaya və təcrübəyə malikdir. Ölkələrimizin təcrübəsi birləşdirilə bilər. Əgər yaxşı siyasi münasibətlər və qarşılıqlı fayda anlayış olarsa, o zaman əlaqələr bir çox sahələrdə inkişaf edə bilər. COP29 perspektivindən Rumıniya kibermüdafiə və təşkilati işlərdə Bakıya kömək edə bilər. Rumıniya Azərbaycanın yaşıl enerji sahəsində olan təcrübəsinə böyük hörmət edir. Əminəm ki, bu tədbir Azərbaycanın nüfuzunu artıracaq. Bundan başqa, Rumıniya Qarabağda sülhün prinsipial və ədalətli əldə olunmasını alqışlayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB

19:12
19 Sentyabr

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib YENİLƏNİB

19:06
19 Sentyabr

Livanda peycerlərlə bağlı qadağa tətbiq edildi

18:57
19 Sentyabr

Gürcüstan parlamentinin Sədri ABŞ-nin sanksiyalarını ölkəyə hücum kimi qiymətləndirib

18:57
19 Sentyabr

Türkiyə Ukrayna ilə bağlı danışıqların gündəliyini açıqlayıb

18:55
19 Sentyabr

Avropa Parlamenti Aİ ölkələrini Kiyevin Rusiyaya hücum etməsinə icazə verməyə çağırıb

18:50
19 Sentyabr

Livanda peycer və rasiyaların partlaması nəticəsində 37 nəfər həlak olub  

18:49
19 Sentyabr

Azərbaycanda stolüstü tennisin inkişaf perspektivləri yüksək qiymətləndirilib

18:47
19 Sentyabr

Baş Prokurorluğun nümayəndələri beynəlxalq təşkilatların tədbirlərində iştirak ediblər

18:46
19 Sentyabr

Damir Muxetdinov: Məscidlərin dağıdılması və təhqir olunması bütün müsəlmanların hiddətinə səbəb olur

18:44
19 Sentyabr

“Teknofest” aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub

18:43
19 Sentyabr

Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub YENİLƏNİB

18:42
19 Sentyabr

Yutubda bir neçə yeni funksiya əlavə olunub

18:41
19 Sentyabr

Prezident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib YENİLƏNİB

18:40
19 Sentyabr

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib

18:19
19 Sentyabr

Sabiq “Arsenal”lı həbs edildi

18:15
19 Sentyabr

“ADEX” və “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransı keçirilib

18:02
19 Sentyabr

 Təcili qanı artıq dronlar çatdıracaq

17:51
19 Sentyabr

EKSKLÜZİV: Qara Qarayev 3 seçim qarşısında

17:50
19 Sentyabr

Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik

17:30
19 Sentyabr

Seçicilər namizədlərə nə qədər inanır? - ABŞ-da sorğu

17:02
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!