25 Yanvar 2023 22:32
573
Təhsil
A- A+

Rektor Hafiz Paşayev: Məqsədimiz iqtisadiyyatın prioritet sahələri üzrə yüksəkixtisaslı kadrlar hazırlamaqdır

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı cəlb olunub. Artıq proqramlar tərtib edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ADA Universitetinin rektoru səfir Hafiz Paşayev jurnalistlərə müsahibəsində bildirib.

“Bugünkü tədbirdə hər bir universitetdən nümayəndə heyəti iştirak edir. Yeni proqramlar haqqında ətraflı məlumat verildi və növbəti proqramlar haqqında danışıldı. İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində magistratura pilləsində tədris olunacaq qlobal idarəçilik və siyasət ixtisası və qida sistemi üzrə menecment ixtisası təqdim olundu. Təklif olunan ixtisasların məqsədi iqtisadiyyatın prioritet sahələri üzrə yüksəkixtisaslı kadrlar hazırlamaqdır”, - deyə rektor bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video