11 Oktyabr 2024 18:34
1086
PARLAMENT
A- A+
Regional məsələlər komitəsi bələdiyyələrlə bağlı qanun layihələrini plenar iclasa tövsiyə edib

Regional məsələlər komitəsi bələdiyyələrlə bağlı qanun layihələrini plenar iclasa tövsiyə edib

Oktyabrın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Siyavuş Novruzov iclasda üç məsələnin – “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinin müzakirəyə çıxarıldığını deyib.

O vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi bütün sahələrdə olduğu kimi, yerli özünüidarəetmə sisteminin yenidən qurulması prosesinə də təkan verib. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, idarəetmədə səmərəliliyin artırılması istiqamətində atılan önəmli addımlardan oldu. Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə müasir yerli özünüidarəetmə institutunun – bələdiyyə orqanlarının əsası qoyuldu, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsini təmin edən və bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini müəyyən edən normativ hüquqi aktlar qəbul olundu.

Komitə sədri qeyd edib ki, bu gün Prezident İlham Əliyev tərəfindən aparılan daxili və xarici siyasət nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa edilib, beynəlxalq nüfuzu daha da möhkəmlənib. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan tarixində ilk dəfə olaraq bu ərazilərdə bələdiyyə seçkilərinin keçirilməsinə imkan verir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar müasir dövrdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, yerli sosial-iqtisadi məsələlərin həllində onların iştirakının genişləndirilməsinə, bununla da yerli özünüidarəetmədə səmərəliliyin artırılmasına xidmət edir.

İclasda qeyd olunub ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. Bu Qanunun tələblərinə əsasən, birləşmə ilə bağlı bələdiyyələrin Milli Məclisə təqdim etdikləri rəylərə baxılmış və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulur.

S.Novruzov yuxarıda göstərilənlərlə əlaqədar olaraq iki sənədin - “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələrinin hazırlandığını söyləyib. O bildirib ki, bu qanun layihələri bələdiyyələrdə idarəetmənin effektivliyinin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına, regionların balanslı inkişafının təmin edilməsinə, bələdiyyələr arasında daha sıx əməkdaşlığın qurulmasına hədəflənib.

İclasda, habelə “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də üçüncü oxunuşda nəzərdən keçirilib. Bildirilib ki, qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən təqdim olunan sənəddə bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur.

Müzakirələr zamanı deputatlar və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov çıxış edərək təqdim edilən məsələlər barədə öz fikirlərini, qeyd və təkliflərini açıqlayıblar, ölkəmizdə yerli özünüidarəetmə sahəsində həyata keçirilən davamlı islahatların əhəmiyyətindən bəhs ediblər.

Müzakirələrin sonunda hər üç qanun layihəsi Milli Məclisin iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Səbail” komandasının baş məşqçisi istefa verib  

19:24
03 Noyabr

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev və Cəmil Nəcəfovun xatirələri anılıb

16:59
03 Noyabr

Moldova MSK: Prezident seçkilərinin ikinci turunu baş tutmuş hesab etmək olar

16:48
03 Noyabr

COP29 nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir

15:56
03 Noyabr

Arxiyepiskop: Kilsə həmişə gürcü xalqının yanındadır

15:53
03 Noyabr

Pavel Herçinski: Aİ-nin yüksək səviyyəli nümayəndə heyəti COP29-da iştirak edəcək

15:46
03 Noyabr

İstanbul sərgisinə qatılan Azərbaycan nümayəndə heyəti Ümummilli Liderin abidəsini ziyarət edib  

15:23
03 Noyabr

COP29-la bağlı nəqliyyatın idarə olunması üzrə növbəti monitorinqlər keçirilib

14:29
03 Noyabr

Qazaxıstanlı deputat: Azərbaycan COP29-u yüksək səviyyədə keçirəcək

13:56
03 Noyabr

Metro stansiyalarının iş rejimində tənzimləmələr tətbiq ediləcək

13:41
03 Noyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:59
03 Noyabr

Azərbaycanın Zəfər Günü Parisdə təntənə ilə qeyd olunub

12:39
03 Noyabr

Bu gün axşamdan başlayaraq hava şəraiti qeyri-sabit, arabir yağıntılı olacaq, şimşək çaxacaq

12:35
03 Noyabr

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçı sayının artması sevindirici haldır  

12:31
03 Noyabr

“Qələbə qaçışı”nın qalibləri müəyyənləşib 

12:22
03 Noyabr

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayıb

11:52
03 Noyabr

Bakıda IV “Qələbə qaçışı”na start verilib

10:20
03 Noyabr

146 il əvvəl...

09:05
03 Noyabr

Varisliyin maarifçilik nümunəsi

09:00
03 Noyabr

Azərbaycanın "yumşaq güc"ü: zəngin tarixi irs və modern müasirlik

08:55
03 Noyabr

Sumqayıtda sənaye sərgisi keçirilib

08:50
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!