09 İyun 2026 08:20
169
SİYASƏT
A- A+
"Real Ermənistan" xəstə təfəkkürə qalib gəldi

"Real Ermənistan" xəstə təfəkkürə qalib gəldi


Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 7-də keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Məlum olub ki, Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası qalib gəlib. 

Milli Məclisin deputatı Vüqar RƏHİMZADƏ qəzetimizə açıqlamasında deyib ki, Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyan və onun təmsil etdiyi partiyanın qalib gəlməsi təkcə daxili siyasi hadisə deyil, eyni zamanda bir sıra vacib məqamlarla qiymətləndirilə bilər. Bu nəticə Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin qarşıdurma və revanşizm deyil, sabitlik, inkişaf və regional əməkdaşlıq yolunu seçdiyini göstərir. "Son illərdə Ermənistan rəhbərliyi Azərbaycanla münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün əldə olunması istiqamətində bir sıra addımlar atıb. Paşinyan dəfələrlə bəyan edib ki, regionun gələcəyi qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşdirilməsi və qonşularla normal münasibətlərin qurulmasından keçir. Seçkilərin nəticələri göstərir ki, Ermənistan cəmiyyətinin əksər hissəsi revanşistləri dəstəkləmir. Çünki uzun illər davam edən münaqişələr, iqtisadi çətinliklər və regional təcrid Ermənistan vətəndaşlarında daha təhlükəsiz və firavan gələcəyə ehtiyac hissini gücləndirib", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, sülh şəraitində sərhədlərin açılması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və iqtisadi əlaqələrin genişlənməsi Ermənistan üçün yeni inkişaf imkanları yarada bilər. Paşinyan son çıxışlarında Ermənistan və Azərbaycan arasında sülhün artıq yeni bir reallıq yaratdığını, müharibənin siyasi alət kimi rədd edilməsinin region üçün dönüş nöqtəsi olduğunu vurğulayıb. O, iki xalq arasında düşmənçilik səhifəsinin bağlanmasının və mehriban qonşuluq münasibətlərinin qurulmasının vacibliyini qeyd edib. Bu baxımdan Paşinyanın seçki uğuru Ermənistan cəmiyyətinin əksər hissəsinin sülh və əməkdaşlıq ideyasına verdiyi dəstək kimi dəyərləndirilə bilər. Ölkə daxilində bu kursa qarşı çıxan qüvvələr, revanşistlər və fərqli baxışlar mövcuddur. Lakin seçkinin nəticələri göstərir ki, Ermənistan vətəndaşlarının əhəmiyyətli qismi gələcəyini yeni qarşıdurmalarda deyil, regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsində görür.

V.Rəhimzadə bildirib ki, Ermənistanda Paşinyanın rəhbərlik etdiyi siyasi xəttin qalib gəlməsi Cənubi Qafqazda sülh gündəminin güclənməsi baxımından mühüm siyasi hadisədir: "Bu nəticə region xalqları arasında etimadın bərpası, iqtisadi inteqrasiyanın genişlənməsi və uzunmüddətli sabitliyin təmin olunması üçün yeni imkanlar yaradır. Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması və regional təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan konstitusiyası dəyişdirilməlidir. Bu dəyişiklik nəticəsində Ermənistanın Müstəqillik Bəyannaməsində və əsas qanununda Azərbaycana qarşı yer alan ərazi iddiaları tam olaraq aradan qaldırılmalıdır". 

Deputat xatırladıb ki, tarixi Zəfərimizdən dərhal sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklif edib. Lakin Ermənistan müxtəlif bəhanələrlə sülh müqaviləsinin imzalanmasından yayındı, prosesin  uzanması üçün cəhdlər göstərdi və Azərbaycanın Qarabağ iqtisadi rayonunda müxtəlif hərbi təxribatlar törətdi. Bütün bunlara cavab olaraq 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu, bütün ərazilərimizdə suverenliyimiz tam bərpa edildi. 

Deputat qeyd edib ki, Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət döyüş meydanında qazanılan qələbənin uzaqgörən diplomatik səylərlə möhkəmləndirilməsinin vacibliyini bir daha sübut etdi. Dövlətimiz tarixi qələbə qazanmaq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə yanaşı, həm də regionda yeni geosiyasi reallıq yaradaraq uzunmüddətli sülhün təməlini qoydu. Azərbaycan tarixi zəfərimizin reallıqlarının beynəlxalq səviyyədə təqdimatı və qəbul etdirilməsi istiqamətində səylər göstərdi və buna nail oldu. Ötən il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan arasında Ağ Evdə keçirilən sülh sammiti tarixi əhəmiyyət daşımaqla Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında yeni səhifə açdı. Bu görüş Azərbaycan və Ermənistan arasında sülh mətninin razılaşdırılması ilə əlamətdar oldu. Azərbaycanın müəllifi olduğu sülh gündəliyi Ermənistan tərəfindən qəbul edildi və yekun sülh mətni paraflandı".  

V.Rəhimzadə bildirib ki, Azərbaycan hər zaman dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edib və bunu sözdə deyil, əməldə təsdiqləyir. Yerləşdiyi coğrafi məkana görə ölkələri, xalqları bir araya gətirən Azərbaycan eyni zamanda beynəlxalq arenada qlobal problemlərin həllinə böyük töhfələr verən ölkə kimi tanınır. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib gələn Azərbaycan dünyada nüfuzu artan, regionda yeni reallıqlar yaradan, müstəqil, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkədir. Azərbaycan dövləti və onun lideri regionda sülhün müəllifidir. "Sülh əlini uzadan tərəf olaraq Azərbaycan prosesin sürətlənməsi üçün, demək olar ki, bütün lazımi addımları atıb. İndi növbə Ermənistanda, parlament seçkilərində qalib gələn Paşinyanın üzərinə götürdüyü öhdəliklərin icrasıdır. Regionda sülhün müəllifi və təminatçısı Azərbaycandır. Ölkəmizin sülh quruculuğu prosesi dünya üçün nümunəvi modeldir", - deyə deputat əlavə edib.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"

09:10
09 İyun

8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman

09:05
09 İyun

Çatbotların zəif tərəfi

09:03
09 İyun

İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi

09:00
09 İyun

Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"

08:55
09 İyun

Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir

08:50
09 İyun

FHN Akademiyasının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

08:45
09 İyun

Cəlilabadda maarifləndirici bir ənənənin təməli qoyulub

08:43
09 İyun

Yerlərdə kənd təsərrüfatı məsələlərinə həsr olunan tədbirlər keçirilib

08:40
09 İyun

Yeni "orta güc" aktoru

08:37
09 İyun

Müasir dünya nizamında Azərbaycan reallığı

08:35
09 İyun

Erməni xalqının seçimi - "böyük" yox, real Hayastan

08:30
09 İyun

CNN-nin qərəzi

08:25
09 İyun

"Real Ermənistan" xəstə təfəkkürə qalib gəldi

08:20
09 İyun

Aqrar sahə ikinci "yaşıl inqilab"ın astanasında

08:15
09 İyun

Azərbaycanın "yaşıl inkişaf", ekoloji məsuliyyət və dayanıqlı gələcək yolu

08:10
09 İyun

Qurtuluş missiyasının başlandığı gün

08:05
09 İyun

İRADƏ MÖHKƏM OLANDA

08:00
09 İyun

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!