09 İyun 2026 08:50
129
İQTİSADİYYAT
A- A+
Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir

Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir


Prezident  İlham Əliyev bu ilin may ayında keçirdiyi kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ölkəmizin aqrar siyasətinin əsas istiqamətlərini yeni reallıqlar kontekstində müəyyən etmişdir. Dövlətimizin başçısı kənd təsərrüfatının ərzaq təhlükəsizliyinin təmin olunmasında, regionların sosial-iqtisadi inkişafında və qeyri-neft sektorunun genişləndirilməsində mühüm rol oynadığını vurğulamışdır. 

Müşavirədə səsləndirilən əsas məsələlərdən biri də intensiv bağçılığın inkişafı olmuşdur.

Bu istiqamət son illər Azərbaycanda həyata keçirilən aqrar islahatların mühüm tərkib hissəsinə çevrilmişdir. Xatırladaq ki, intensiv bağçılıq müasir texnologiyaların tətbiqinə, yüksək məhsuldarlığa, su və torpaq ehtiyatlarından səmərəli istifadəyə əsaslanan təsərrüfatçılıq formasıdır. Bu model xüsusilə meyvəçilik və subtropik bitkiçilik sahəsində yüksək iqtisadi nəticələr əldə etməyə imkan verir. Azərbaycanın müxtəlif bölgələrində intensiv bağçılığın inkişafı üçün əlverişli şərait mövcuddur.

Bu gün həmin mövzuya toxunanda qusarlıların da deməyə sözü var. Ümumiyyətlə, Qusarda yüksək ixrac potensialına malik kənd təsərrüfatı məhsullarının istehsalına  xüsusi önəm  verilir. Bunun üçün aqrar sahədə müasir texnologiyalar və innovativ yanaşmalar geniş tətbiq olunur. Qusar bu baxımdan ölkənin qabaqcıl rayonlarından biri sayılır. Son illər intensiv bağçılığın inkişafı və müasir suvarma sistemlərinin geniş tətbiqi   rayonda əldə olunan mühüm nailiyyətlərdəndir.

Qusarda intensiv bağçılığı genişləndirən, müasir suvarma sistemlərindən istifadə edən təsərrüfatların sayı ildən-ilə artır. Son illər rayonda həmçinin tərəvəzçilik sahəsində innovativ üsullara üstünlük verilməsi kənd təsərrüfatının inkişafını sürətləndirir. Odur ki, bu sahədə məqsədyönlü tədbirlər  həyata keçirilir. 

Görülən işlər  su ehtiyatlarından səmərəli istifadəyə, məhsuldarlığın artırılmasına və rəqabətqabiliyyətli məhsul istehsalına, rayonun aqrar potensialının daha da güclənməsinə xidmət edir. Müasir texnologiyaların tətbiqinin genişlənməsi Qusarın ölkənin aqrar inkişafında aparıcı rayonlardan biri kimi mövqeyini daha da möhkəmləndirir və gələcək uğurlar üçün etibarlı zəmin yaradır.

Qeyd edək ki, Qusarda 18 min hektar meyvə bağı var. Bunun 10 min hektarı intensiv və super intensivdir. Rayonda bağçılıq xəritəsi hər il 700-800 hektar artırılır. Ötən təsərrüfat ilində bağlardan 90 min tondan artıq meyvə yığılıb. Rayonun Qalacıq kəndində 145 hektar intensiv  bağlarda tumlu və  çəyirdəkli meyvə yetişdirilir. Öz keyfiyyəti ilə seçilən meyvələr Rusiya daxil olmaqla onlarca ölkəyə ixrac edilir. Bu yerdə bildirək ki, bağların becərilməsinə ayrılan subsidiyalar fermerlərin bu sahəyə marağını artırır. Vaxtında budama və gübrə verildiyinə, işlərin mütəxəssislərin nəzarəti altında aparıldığına görə hər il bağlardan meyvə toplanması gözlənilən nəticəni verir.

Qusar Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov bizimlə söhbətində  vurğuladı  ki, intensiv bağların salınması ekoloji baxımdan ərzaq təhlükəsizliyində, əhalinin keyfiyyətli məhsulla təminatında və ixrac potensialının artırılmasında mühüm rol oynayır: "Torpaq islahatlarından sonra təsərrüfatlarda ömrünü yaşamış meyvə bağları yeni tinglərlə əvəz edilib. Həmin bağ yerlərində müasir intensiv bağlar salınıb. Belə bağların salınması qusarlı fermerlərə imkan verir ki,   xarici bazara çıxarıla bilən keyfiyyətli məhsul yetişdirsinlər. Müasir innovasiyalarla idarə edilən bağlarda məhsul yetişdirilməsi gələcəkdə bu sahənin daha da inkişaf etdiriləcəyindən xəbər verir". 

R.Minhacov həmçinin qeyd etdi ki,  Qusarda  yetişdirilən meyvələr yerli bazarlarda daha tez alınır: "Çünki  dağlar qoynunda becərilən məhsul tamı və keyfiyyətinə görə fərqlənir. Bu baxımdan fermerlərimizin daxili bazarlara göndərdiyi meyvələrin geri dönüşü olmayıb. Yaxın gələcəkdə yeni və müasir bağların salınması və onların inkişafı  davam edəcək".


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Oğlum Rəvanın qəhrəmanlığı ilə həmişə fəxr edəcəyəm"

09:10
09 İyun

8 oğul, 8 kəşfiyyatçı, 8 qəhrəman

09:05
09 İyun

Çatbotların zəif tərəfi

09:03
09 İyun

İqlim gündəmi, regional tranzit və dəyişən əməkdaşlıq xəritəsi

09:00
09 İyun

Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"

08:55
09 İyun

Qusar bağçılığın intensive inkişaf etdiyi bölgədir

08:50
09 İyun

FHN Akademiyasının əməkdaşları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

08:45
09 İyun

Cəlilabadda maarifləndirici bir ənənənin təməli qoyulub

08:43
09 İyun

Yerlərdə kənd təsərrüfatı məsələlərinə həsr olunan tədbirlər keçirilib

08:40
09 İyun

Yeni "orta güc" aktoru

08:37
09 İyun

Müasir dünya nizamında Azərbaycan reallığı

08:35
09 İyun

Erməni xalqının seçimi - "böyük" yox, real Hayastan

08:30
09 İyun

CNN-nin qərəzi

08:25
09 İyun

"Real Ermənistan" xəstə təfəkkürə qalib gəldi

08:20
09 İyun

Aqrar sahə ikinci "yaşıl inqilab"ın astanasında

08:15
09 İyun

Azərbaycanın "yaşıl inkişaf", ekoloji məsuliyyət və dayanıqlı gələcək yolu

08:10
09 İyun

Qurtuluş missiyasının başlandığı gün

08:05
09 İyun

İRADƏ MÖHKƏM OLANDA

08:00
09 İyun

R.M.Fətəliyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

00:21
09 İyun

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" 2015-ci il 23 iyul tarixli 571 nömrəli, "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli 759 nömrəli və "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:20
09 İyun

Azercell abunəçilərinin nəzərinə

00:19
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!