“Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da "Quba ABAD Factory" qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev müəssisədə görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, “ABAD Factory” bir neçə ildir, qubalı mikro və kiçik sahibkarlara qida istehsalı müəssisəsi kimi tanış idisə, artıq həm də qablaşdırma vasitələrinin istehsalı müəssisəsi kimi onlara yardımçı olacaq.
Yerli sakinlər müəssisənin yerləşdiyi yeri uzun illər əsaslı təmirə ehtiyacı olan və istifadəsiz qalan binanın mövcudluğu ilə xatırlayırlar. Memarlıq elementləri qorunmaqla tamamilə yenilənən binada artıq kartondan müxtəlif qablaşdırma vasitələri, kağız və etiketlərin istehsalı, promo məhsulların hazırlanması, eyni zamanda, tullantı kağızların preslənməsi nəzərdə tutulur.
Xatırladaq ki, “ABAD” Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Statistik göstəricilər onu deməyə əsas verir ki, “ABAD” fəlsəfəsi əsaslı reallaşmaqdadır. İlin 10 ayının yekununda “ABAD” 500 ailəyə dəstək göstərib. Nəticədə “ABAD”çıların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər növ məhsulları satışa çıxarılıb. Ümumilikdə 5,5 milyon manat dəyərində məhsulun “ABAD” vasitəsilə satışı həyata keçirilib.
Müəssisənin açılışı ilə ilkin mərhələdə 20, sonrakı mərhələdə isə 50 nəfərin işlə təminatı reallaşacaq.
Qeyd olundu ki, bu müəssisə vasitəsilə həm “ABAD”çıların qablaşdırma vasitələrinə olan tələbatı ödəniləcək, həm də digər kiçik və mikro sahibkarların ehtiyacları qarşılanacaq.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fransızlar Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Tanzaniyada daşqınlar nəticəsində 155 nəfər ölüb
25 Aprel
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
25 Aprel
Aydın Süleymanlı şahmat üzrə Azərbaycan çempionu olub
25 Aprel
ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxarır
25 Aprel
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib
25 Aprel
Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
25 Aprel
Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub
25 Aprel
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib
25 Aprel
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!