07 Oktyabr 2025 08:55
1060
Mədəniyyət
A- A+
"Qoruqlar və muzeylər - keçmişdən gələcəyə körpü"

"Qoruqlar və muzeylər - keçmişdən gələcəyə körpü"


Quba Soyqırım Memorial  Kompleksində  "Qoruqlar və muzeylər - keçmişdən gələcəyə körpü" adlı III Quba simpoziumu keçirilib. 

Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin şöbə müdiri Səbuhi Bəşirov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, Əməkdar mədəniyyət işçisi, dosent Sədaqət  Əliyeva, yerli idarə-müəssisələrin rəhbərləri, ölkədə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, eləcə də muzeylərin əməkdaşları, tarixi abidə mühafizəçiləri, ziyalılar, həmçinin gənc fəallar iştirak ediblər. 

Simpozium Azərbaycan Rəssamlar İttifaqının üzvü Sahib Quliyev və Vüqar Quliyevin əsərlərindən ibarət sərgi ilə tanışlıqdan sonra öz işinə başlayıb. Giriş sözü ilə  çıxış edən kompleksin direktoru  Rəxşəndə Bayramova bildirib ki, Quba Soyqırım Memorial Kompleksi 2013-cü ildən fəaliyyət göstərir. 12 il ərzində 200 mindən çoxu xarici olmaqla 1 milyondan çox ziyarətçini qarşılayan kompleksdə mütəmadi olaraq simpozium, konfrans və forumlar təşkil edilir. R.Bayramova qeyd edib ki, budəfəki simpoziumun qoruq və muzey işinin inkişafı, abidələrin mühafizəsi, bələdçilik və insanlarda qoruq və muzeylərə marağın artırılmasında əhəmiyyəti böyükdür.  

Çıxış edən Quba RİH başçısının müavini  Səidə Abasova  simpozium çərçivəsində əldə olunan bilik və təcrübələrin tətbiqi nəticəsində regionda və ölkəmizdə qoruq və muzey işinin səviyyəsinin yüksələcəyini, tarixi-mədəni irsin qorunması sahəsində uğurların artacağını vurğulayıb. Bildirilib ki, tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği, onların istifadəsi baxımından bir sıra layihələr  həyata keçirilib. Bu sahədə həm beynəlxalq platformalarda, həm də ölkə səviyyəsində xeyli iş görülüb. 

Rəsmi hissə bitdikdən sonra gün ərzində davam edən bölmə iclaslarında "Qoruq və muzeylərin tarixi və çağdaş rolu", "Mədəni irsin qorunması və rəqəmsallaşdırılması", "Abidələrin bərpası və konservasiyası", "Qoruq və muzey pedaqogikası və təhsil sahəsində istifadəsi", "Qoruq və muzeylərdə eksponatların təqdimatı və innovativ yanaşmalar", "Bələdçilik və ziyarətçi təcrübəsinin artırılması", "Cəmiyyətin qoruq və muzeylərə marağının artırılması və qoruq-muzey marketinqi", "Qoruq və muzey menecmenti və strateji idarəetmə", "Qoruq və muzeylərdə inklüzivlik və əlçatanlıq" və digər  mövzularda  elmi müzakirələr aparılıb.

80-ə yaxın elmi məqalənin təqdim olunduğu simpoziumda 100-dən çox iştirakçı iştirak edib və materiallar əsasında toplu  hazırlanıb. 


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı Ukraynaya növbəti 6 milyard avroluq tranş ayırır

23:01
12 Noyabr

Azərbaycan Qlobal Sosial Sammitdə İnsan İnkişafı və İqlimə davamlılıq üzrə Dialoqa rəhbərlik edir  

22:48
12 Noyabr

Baş nazir: Gürcüstan xalqı Türkiyə ilə həmrəydir  

22:45
12 Noyabr

Ukrayna və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib  

22:43
12 Noyabr

Dövlət Statistika Komitəsində Konstitusiyanın qəbul olunmasının 30 illiyinə həsr edilən tədbir keçirilib  

22:40
12 Noyabr

Filadelfiya şəhər meriyasının qarşısında Azərbaycan Bayrağı qaldırılıb  

22:37
12 Noyabr

Sırski: Həftə ərzində Pokrovskda 7,4 kvadrat kilometr ərazi təmizlənib  

22:34
12 Noyabr

Azərbaycan karateçisi İslam Həmrəyliyi Oyunlarının qalibi olub  

22:32
12 Noyabr

Rusiya və Qazaxıstan hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb  

22:23
12 Noyabr

Azərbaycan və Botsvana arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb  

22:22
12 Noyabr

Maliyyə Nazirliyində Dünya Bankı ilə dövlət maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlıq müzakirə edilib  

19:36
12 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsinin layihəsinə baxılıb  

19:34
12 Noyabr

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

19:33
12 Noyabr

Azərbaycan Konstitusiyası xalqımızın dövlətçilik ənənələrinə, milli və demokratik dəyərlərə söykənir  

19:30
12 Noyabr

Bakıda AQEM-in Gənclər Şurasının 8-ci iclası keçirilib -YENİLƏNİB  

18:39
12 Noyabr

"Qlobal hüquqi transformasiyalar dövründə konstitusionalizm və dövlət suverenliyi" mövzusu müzakirə edilib  

18:35
12 Noyabr

Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib  

18:33
12 Noyabr

Milli birliyin və həmrəyliyin manifesti  

18:32
12 Noyabr

XTQ mənsublarının xüsusi tibb hazırlığı kursunun açılışı olub  

18:31
12 Noyabr

Azərbaycan və Banqladeş arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

18:29
12 Noyabr

Cənubi Koreyanın keçmiş baş naziri saxlanılıb   

17:57
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!