18 May 2022 01:58
623
DÜNYA
A- A+

Qlobal iqtisadiyyat 2,5 faiz azalıb

 

Avropa Komissiyası Ukraynadakı münaqişə və Rusiyaya qarşı sanksiyaları nəzərə alaraq qlobal makroiqtisadi proqnozunu yeniləyib. Qeyd edilir ki, 2022-ci ildə qlobal iqtisadiyyatın artım tempinin 5,7 faizdən 3,2 faizə, avro zonası ölkələrində 4 faizdən 2,7 faizə qədər azalacağı gözlənilir.

Çində də artım templəri ləngiyəcək. Bu ölkənin iqtisadi potensialına təkcə anti-COVID məhdudiyyətləri deyil, həm də xarici tələbatın azalması mənfi təsir göstərir.

 

Proqnozlar ürəkaçan deyil

 

Avropa Komissiyası etiraf edir ki, enerji təchizatından yüksək asılılıq, habelə  Rusiya və Ukraynaya coğrafi yaxınlıq səbəbindən böhranın iqtisadi fəsadları  məhz Avropa ölkələri üçün daha ağrılı olacaq.

Avro zonası üçün proqnoz 4 faizdən (bu təxmin fevralda verilmişdi) 2,7 faizə endirilib. Gələn il bu göstərici də 2,7 faizdən 2,3 faizə qədər azala bilər.

Valyuta blokunda inflyasiyanın 2021-ci ildəki 2,6 faizdən bu il 6,1 faizə qədər sürətlənəcəyi, 2023-cü ildə isə 2,7 faizə enəcəyi gözlənilir.

Eyni zamanda işsizlik artmağa davam edəcək və ümumi büdcə kəsiri də bu il keçənilki 4,7 faizdən 3,6 faizə düşməlidir.

2022-2023-cü illərdə Avropa İttifaqında artan enerji qiymətləri ilə mübarizə və humanitar böhranın aradan qaldırılması üçün əlavə xərclər ÜDM-in müvafiq olaraq 0,6 və 0,1 faizi həcmində qiymətləndirilir.

Gözlənildiyi kimi, komissiyanın ekspertləri Rusiya üçün də proqnoza yenidən baxıblar. Onlar bu il ÜDM-in 10,4 faiz azalacağını, ardınca - 2023-cü ildə isə 1,5 faiz  bərpa olacağını təxmin edirlər.

Bundan əvvəlki proqnoz müvafiq olaraq 2,6 və 2,2 faiz artımı nəzərdə tuturdu.

 

Çinin sənaye ixracı 10 faiz azalıb

 

 Çin üçün verilən proqnozlara da  düzəlişlər edilib. Ölkədə bu il ÜDM artımı 5,3 faiz əvəzinə 4,6 faiz, gələn il isə 5,3 faiz əvəzinə 5 faiz ola bilər.

Qeyd edək ki, Çinin aprel ayı statistikası gözləniləndən də pis çıxıb - ölkədə pərakəndə satışlar martda 3,5 faiz azalmadan sonra ötən ay 11,1 faiz azalıb. Sənaye istehsalı da mənfi zonada olub -  mart ayında 5 faiz artdıqdan sonra apreldə mənfi 2,9 faiz olub.

Londonda yerləşən iqtisadi tədqiqatlar üzrə müstəqil konsaltinq şirkəti "Capital Economics"in analitikləri qeyd edirlər ki, aprel məlumatları Çində işgüzar aktivliyin kəskin azalmasına işarə edir, bunun bərpası isə guman ki, ləngiyəcək.

 Öz növbəsində, Niderlandın iri banklar qrupu "ING Bank" Çin ÜDM-nin ikinci rübdə 1 faiz azalacağını proqnozlaşdırır. Azalmanın əsas səbəbi Şanxayda pərakəndə satışın kəskin azalmasıdır ki, bu da lokdaunla bağlıdır. Məhdudiyyətlər həmçinin bir çox fabrikin bağlanmasına və logistikanın pozulmasına səbəb olub.

 Bununla belə, "Capital Economics" qeyd edir ki, işgüzar aktivliyin azalmasında təkcə məhdudiyyətlərin deyil, həm də xarici tələbatın azalmasının rolu var. Aprel ayında Çinin sənaye ixracı 10 faiz azalıb. Qeyd edək ki, Çində anti-COVID məhdudiyyətlərinin iyunun 1-dən iyunun 30-dək mərhələli şəkildə ləğv edilməsi planlaşdırılır.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video