08 Yanvar 2022 12:56
2255
Səhiyyə
A- A+

Qışda sutka ərzində 15 dəqiqə günəşlənmək gündəlik D vitamini ehtiyacını ödəməyə kifayətdir

 

D vitamini immunitet sisteminin hüceyrə yenilənməsi üçün çox əhəmiyyətlidir. Həmin vitamin orqanizmdə günəş şüaları nəticəsində yaranır. Qış aylarında isə günəşli günlərə ara-sıra təsadüf edilir. Gün ərzində, xüsusilə də saat 10-15 arası bədəni − əsasən qollar, ayaqlar, əllər və üz nahiyəsini günəş şüalarının təsirinə məruz qoymaq faydalıdır. Araşdırmalara əsasən, sutkada təxminən 15 dəqiqə günəşlənmək gündəlik D vitamini ehtiyacını ödəmək üçün kifayətdir.

AZƏRTAC xəbər verir ki, bu barədə həkim-endokrinoloq Sadiq Bəbirov qış aylarında D vitamini qəbulu barədə danışarkən deyib.

Həkim-mütəxəssis bildirib ki, D vitamini günəş şüalarının bədən səthinə düşməsi nəticəsində yaranır və Azərbaycanın iqliminə əsasən, D vitamini sentyabr ayına kimi qəbul edilir: “Qış aylarında isə yayda depolanan D vitaminindən istifadə edilir. Nəticədə, müəyyən müddət sonra orqanizmdə D vitamini çatışmazlığı yaranır. Yanvar-fevral aylarında orqanizmdəki D vitamini ehtiyatı minimuma enir. Eyni zamanda, xüsusilə virus infeksiyalarının və autoimmun xəstəliklərin intensivləşməsi də məhz həmin dövrə təsadüf edir”.

S.Bəbirovun dediyinə görə, günəş şüaları nəticəsində yaranan D vitamini uzunmüddətlidir: “Onun orqanizmdə qalma müddəti maksimum 6 aydır. Yəni, sentyabra qədər orqanizmə toplanmış vitamin D ehtiyatı yanvar-fevral aylarında bitmiş olur. Ona görə də xüsusilə qış aylarında həm uşaqlar, həm də böyüklərin D vitaminini dərman preparatları vasitəsilə qəbul etməsi lazımdır. Əlbəttə ki, D vitamini qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmə aparmaq və müayinə olunmaq mütləqdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video