07 Iyun 2022 00:23
748
Oxucu məktubları
A- A+

Qəsəbəmizdə sahibsiz itlər "meydan sulayır"

 

Bizim Tağıyev qəsəbəsi ərazi baxımdan elə də böyük deyil. Bir başından o biri başına bir-iki kilometr ola, ya olmaya. Qəsəbədə yerli icra orqanları da fəaliyyət göstərir. Soruşanda hamısı deyir ki, hər gün iş başındayıq.

Gələk mətləb üstünə. Bu gün qəsəbədə axşamlar piyada gəzmək təhlükəyə çevrilib. Günortalar iri marketlərin qarşısında "istirahət" edən sahibsiz itlər hava qaralan kimi ova çıxırlar. Odur ki, bu saatlar küçəyə çıxsan, ilk qarşılaşdığın həmin itlər olur. Heç kəs də zəmanət verə bilməz ki, onlar sənin üstünə cummayacaqlar. Üstəlik, onların quduz olmadığına da əminlik yoxdur.

Başa düşürük, heyvandırlar, onlar da yaşamalıdır. Amma biz də canlıyıq, bizim də yaşamaq haqqımız var. Bu yerdə gileyimiz əlaqəli icra qurumundandır. Eşitdiyimizə görə, sahibsiz itləri təhlükəsizləşdirmək üçün dövlət hər il onlara vəsait ayırır. Elə isə niyə təkcə bizim qəsəbədə yox, bəlkə də bütün yaşayış məntəqələrində sahibsiz itlər "meydan sulayır"?!

 

Ramiz İBRAHİMOV,

Sumqayıt, Tağıyev qəsəbəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video