18 Sentyabr 2024 08:30
791
SİYASƏT
A- A+
Qərbin Cənubi Qafqaz "sevda"sı

Qərbin Cənubi Qafqaz "sevda"sı


Regionda vəziyyəti nəzarətə almaq üçün Ermənistan silahlandırılır


"Qərb Ermənistandan alət kimi istifadə etməyə çalışır. Məqsəd də odur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etsin, sonra isə hansısa NATO blokuna qoşulsun və ya NATO dövlətləri ilə silah alqı-satqısı barədə əməkdaşlıq etsin". 

Bu fikirləri "Azərbaycan" qəzetinə siyasi şərhçi Arzu Nağıyev deyib. O qeyd edib ki, Qərbin bugünkü davranışları Rusiyaya qarşı yönəlmiş addımlardır. Qərb Cənubi Qafqazda mövqeyini möhkəmləndirməyə çalışır və bu istiqamətdə "səy"lərini davam etdirir. "Təbii ki, bütün bu addımlara Rusiya adekvat cavab verməlidir, çünki bu gün regionda silahların artması təhlükəli vəziyyət yaradır. Qərb bir sıra ərazilərdə məkrli niyyətlərini həyata keçirməyə çalışıb. Son olaraq Ukrayna nümunəsində bunu görə bilərik. İndi isə Cənubi Qafqazı öz nəzarətlərində saxlamağa, ümumilikdə isə bütün proseslərə nəzarət etməyə çalışırlar. Bunun üçün isə Ermənistandan istifadə edilir. Çünki Azərbaycan və Gürcüstan onların diktəsini qəbul etmir.  Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında, sülh müqaviləsinin imzalanmasında da hansısa vasitəçiyə ehtiyac duymur. Bir müddət öncə bunun delimitasiya və demarkasiya məsələlərində də şahidi olduq", - deyə o əlavə edib.

A.Nağıyev bildirib ki, ən mühüm məsələlərdən biri də İranın buna reaksiya verməməsidir. Bu qədər NATO silahları regiona gətirildiyi halda İran hələ də susur. Azərbaycan bütün gedişatları izləyir. BMT, digər təşkilatlar başa düşməlidirlər ki, müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan ona qarşı atılan addımlara adekvat cavab vermək imkanına malikdir. Regionda yaşanan hazırkı problemlər gələcəkdə alovlanacaq münaqişə ocaqlarını söndürməyə imkan verməyəcək. Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhə açmaq niyyəti, Azərbaycanın müstəqil siyasətini qəbul etməmək regionda vəziyyəti gərginləşdirə bilər. 

Ekspert vurğulayıb ki, Ermənistan öz gücünə nə Yaponiyadan, nə də Koreyadan bu qədər silah almaq iqtidarındadır: "Bunun üçün mütləq şəkildə ciddi maliyyə dəstəyi lazımdır. Rəsmi İrəvanın tənəzzülə uğramış iqtisadiyyatını bərpa etməkdənsə, silah almasında məqsədi nədir? Bütün bunlar Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə heç vaxt təsir edə bilməz. Ölkəmiz bütün təhdidlərin qarşısını almağa qadirdir, bu potensiala malikdir". 


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzgüçüləri İslamiadada ikinci medalı qazanıblar

23:38
09 Noyabr

İslamiada: Azərbaycanın dörd boksçusu finala çıxıb, ikisi bürünc medal qazanıb  

23:37
09 Noyabr

Türkiyəli ekspert: Qarabağ Zəfəri Azərbaycanın regional və qlobal rolu üçün yeni imkanlar açıb ŞƏRH  

23:35
09 Noyabr

  Azərbaycanlı ağırlıqqaldıran İslamiadada üç medal qazanıb

23:34
09 Noyabr

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində olublar

23:32
09 Noyabr

Qalib xalqın bayrağı

20:17
09 Noyabr

Nyu-Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb  

19:03
09 Noyabr

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

19:01
09 Noyabr

Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi olub

19:00
09 Noyabr

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

18:53
09 Noyabr

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

18:50
09 Noyabr

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində  

18:01
09 Noyabr

Türkiyə Prezidenti: Qarabağın azad edilməsi bütün Türk dünyasının zəfəridir  

17:42
09 Noyabr

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

17:38
09 Noyabr

Milli kimliyin dirçəlişi və tarixi yaddaşın bərpası - ŞƏRH  

16:46
09 Noyabr

Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edilib  

16:40
09 Noyabr

Zəfər, qardaşlıq və sülh paradı  

15:59
09 Noyabr

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb  

15:37
09 Noyabr

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  

14:31
09 Noyabr

 Güclü dövlətin güclü də ordusu olur  

14:29
09 Noyabr

Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

13:17
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!