05 Dekabr 2021 00:43
2632
Oxucu məktubları

Qənimətlər Parkını görmək istəyənlərin sayı çox olsa da...

 

Azərbaycan 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq 30 il düşmən işğalında olan torpaqlarını azad etdi. "Məğlub xalq" sindromunu qıraraq indi qalib xalq qürurunu yaşayırıq. Bunu bizə bəxş edən Prezident, Müzəffər Ali Baş Komandan

İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarıq. Xalqımız bu gün torpaq, Vətən uğrunda canından keçən, bizə  bu Zəfərin qürurunu yaşadan şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə şəfa diləyir.

Ötən il sentyabrın 27-də döyüşlər başlayan andan gənclərimiz çağırış vərəqəsini gözləmədən döyüşə getmək üçün hərbi səfərbərlik və çağırış şöbələrinin qarşısında izdiham yaratdı. Hamı cəbhəyə getmək istəyirdi. Gənclərimizlə yanaşı,  Birinci Qarabağ savaşının veteranları və qazilərimiz də döyüşmək üçün müraciət edirdilər. Düşmən tərəfində isə mənzərə başqa cür idi. Polis erməni gənclərinin küçədə qollarını buraraq zorla döyüşə göndərirdi.

Bunu ona görə yazırıq ki, hər zaman gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına diqqət yetirməliyik. Xüsusilə ailələr bu işdə böyük məsuliyyət daşıyır. Çünki uşaq üçün vətən evindən başlayır.

Mən də bir baba kimi nəvələrimin vətənpərvər ruhda böyüməsinə səy göstərirəm. Bu yaxınlarda onları Qənimətlər Parkına apardım. Təşəbbüs həm də  onlar tərəfindən gəlmişdi. Qeyd edim ki, parka səyahət nəvələrimdə unudulmaz  təəssürat yaratdı. Bunu onların gözündən oxuyurdum.

Amma parkı ziyarət edənlər bəzi problemlərlə də üzləşirlər. Məsələn, parka bilet almaq və alandan sonra içəri keçmək üçün uzun növbədə durmaq lazım gəlir. Parka gələnlərin əksəriyyəti isə baba-nənə və nəvələrdir. Təbii ki, həm yaşlı, həm də uşaqlar üçün uzun növbədə dayanmaq asan olmur.

Parkın bir girişi, iki kassası var. Problem də bu üzdən  ortaya çıxır. Yaxşı olardı ki, parkın giriş və çıxışları, eləcə də bilet kassalarının sayı artırılsın. Onda ziyarətçilər də bu əziyyətdən qurtularlar.

 

Rafiq ƏLİYEV,

Bakı şəhər sakini, mühəndis

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video