27 Noyabr 2021 01:33
1287
Mədəniyyət
A- A+

Qəbələdə “Qələbə” tamaşası nümayiş etdirilib

 

Qəbələ Rayon Mədəniyyət Mərkəzinin səhnəsində İsmayıl bəy Qutqaşınlı adına Xalq Teatrı kollektivinin hazırladığı Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunmuş tamaşa nümayiş etdirilib.

Bu barədə AZƏRTAC Qəbələ Rayon İcra Hakimiyyətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, tamaşada şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilər iştirak ediblər. Tamaşanın ssenari müəllifi Nargilə Rəhman, səhnə quruluşçusu Nihad Cəlilzadədir. Şanlı Qələbəyə həsr olunan səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşanın nümayişindən sonra rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən söz açıb, mədəniyyət müəssisələrində vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Rayon icra hakimiyyətinin rəsmisi yüksək peşəkarlıqla hazırlanan tamaşaya görə xalq teatrının üzvlərinə minnətdarlığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video