27 Yanvar 2023 22:57
338
SİYASƏT
A- A+

Qazaxıstan XİN İranda Azərbaycan səfirliyinə silahlı hücumla bağlı bəyanat yayıb

 

Qazaxıstanın Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda səfirliyin bir əməkdaşının həlak olması, iki əməkdaşının isə yaralanması ilə nəticələnən terror aktının Qazaxıstan Xarici İşlər Nazirliyi tərəfindən şiddətlə pisləndiyi qeyd olunub.

“Qazaxıstan diplomatik missiyalar və onların nümayəndələrinə münasibətdə hər hansı zorakılıq və təcavüz aktları qəbulolunmaz hesab edir. Buna bənzər hücumlar beynəlxalq hüququn norma və prinsiplərini pozur və ictimai qınağa səbəb olmalıdır. Qardaş Azərbaycan xalqına, eləcə də Azərbaycan Respublikasının həlak olmuş vətəndaşı Orxan Əsgərovun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayırıq.

Əminik ki, İran İslam Respublikasının hakimiyyət orqanları hadisənin təhqiqatını mükəmməl aparacaq və cinayətkarların cəzalandırılması üçün müvafiq tədbirlər görəcəklər”, - deyə bəyanatda bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video