21 Sentyabr 2022 15:48
473
Səfərlər
A- A+

Qazaxıstan və Özbəkistan respublikalarının nümayəndə heyətləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

 

Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin və Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Kadrların Hazırlanması İdarəsinin nümayəndə heyətləri Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətlərinin rəhbərləri Heydər Əliyev adına Hərbi İnstitutun xatirə kitabına ürək sözlərini yazıblar.

Qonaqları salamlayan Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Nümayəndə heyətlərinə hərbi institutun tarixi və fəaliyyəti barədə brifinqlər təqdim edilib, hərbi təhsil sahəsində maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası və muzeyi ilə tanış olub, eyni zamanda, tədris prosesini izləyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video