01 Dekabr 2022 01:21
268
İQTİSADİYYAT
A- A+

Qazaxda istehsal olunan mebellərin sorağı uzaq ölkələrdən gəlir

 

Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması və regionlarda məşğulluğun təmin olunması istiqamətində məqsədyönlü addımlar atılır. İnamla demək olar ki, bu addımların konkret nəticələri də var. 
Qazaxdakı "Saloğlu" mebel fabrikinin istehsal etdiyi mebellərə tələbat həm ölkənin daxilində, həm də xaricdə ildən-ilə artır. Bunun əsas səbəblərindən biri, təbii ki, istehsal olunan məhsulların keyfiyyətinə görə dünya standartlarına cavab verməsidir. 
2000-ci ildən fəaliyyət göstərən fabrik qərb bölgəsinin ən böyük rəqabətqabiliyyətli müəssisələrindən biridir. Bu gün "Saloğlu" 22 illik fəaliyyəti dövründə yerli mebel istehsalı sahəsində öz sözünü deməklə bərabər, xarici bazarlarda da "Made in Azerbaijan" brendini layiqincə təmsil edir. Bu baxımdan Prezident İlham Əliyevin 2004 və 2016-cı illərdə fabrikdə olması, onun fəaliyyəti ilə maraqlanması təsadüfi deyil. 
Müəssisə ötən dövrdə istehsal sahələrini genişləndirmiş, nəticədə 2500-ə yaxın yeni iş yeri açmışdır. 2016-cı ildə isə "Venzana" layihəsi çərçivəsində Prezident İlham Əliyevin təməlini qoyduğu tikinti sahəsini uğurla başa çatdırmışdır. Qeyd edək ki, "Venzana" təkcə böyük bir fabrikin ərsəyə gəlməsi demək deyil, eyni zamanda bölgədə işsizliyin aradan qaldırılmasında reallaşdırılan ən uğurlu layihələrdən biridir. 

S.ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video