Qazaxda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub
“Yeniləşən Azərbaycan yeni məktəb” proqramı çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha bir məktəb binası Qazax rayonunda inşa olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax rayonu Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbinin binası ikimərtəbəli və 220 şagird yerlikdir.
Məktəbin əvvəlki binası 1966-cı ildə inşa edildiyindən fiziki köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.
Məktəbin müəlliməsi Leyli Sarıyeva Sarıvəlli kəndində yeni məktəb binasının inşa olunmasının kənd sakinlərinin çoxdankı arzusu olduğunu deyib: “Yeniləşən Azərbaycan yeni məktəb” proqramı çərçivəsində inşa olunan bu məktəb binası bizə böyük hədiyyədir. Buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya sonsuz təşəkkür edirik. Bildiririk ki, şagirdlərin keyfiyyətli təhsil alması və Vətənə layiqli övlad kimi böyüməsi üçün əlimizdən gələni edəcəyik”.
Valideynlər isə övladlarının yeni, müasir tələblərə cavab verən məktəbdə təhsil alacağı üçün sevinclidirlər. “Oğlum Kərim və qızım Nazənin bu il birinci sinfə qədəm qoyublar. İnşallah, onlar üçün belə gözəl məktəbdə gözəl də tədris ili olar. Bütün əməyi keçən hər kəsə bir şəhid ailəsi, şəhid həyat yoldaşı kimi təşəkkür edir, minnətdarlığımı bildirirəm”, - deyə şəhid Emil Kərimovun həyat yoldaşı Afət Əliyeva bildirib.
Yeni məktəb binasında 14 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt və idman zalı, həmçinin açıq idman meydançası var.
“Köhnə məktəbimizdə oxumağımız üçün yaxşı şərait yox idi. Siniflərimiz istiliklə təmin olunmamışdı. Amma yeni məktəbimizdə istilik sistemi ilə yanaşı, fənn kabinetləri, idman zalı, kitabxana və yeni avadanlıqlar var”, - deyə məktəbin XI sinif şagirdi Lamiyə Qocayeva deyib.
Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib
18 Aprel
Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir ...
18 Aprel
Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb...
18 Aprel
DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb
18 Aprel
Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib
18 Aprel
ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb
18 Aprel
Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq
18 Aprel
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
18 Aprel
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
18 Aprel
Ağdamda minaatan qurğular aşkarlanıb
18 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!