09 Yanvar 2022 00:20
1428
Elm və texnika
A- A+

Qatlanan smartfon

 

“Huawei” şirkəti qatlanan smartfon modelini yeni texnologiyalar bazarına təqdim edib. “Huawei P50 Pocket” adlandırılan bu model qeyri-adi dizayna,  təkmilləşdirilmiş texniki göstəricilərə və kameralara malikdir.

Onun iki - daxili və xarici ekranı var. Xarici ekran telefonun yuxarısında ön kamera üçün nəzərdə tutulmuş hissədə yerləşdirilib. İkinci ekran isə arxa paneldəki kameraların yerləşdikləri sahənin aşağı hissəsindədir. Dairəvi formada olan bu ekran köməkçi rolunda çıxış edir və onda, əsasən saat, daxil olan zənglər, bildirişlər və s. görünür. Bununla yanaşı, həmin ekrandan arxa kameralar vasitəsilə selfilərin çəkilməsində istifadə etmək olar. Barmaq izi köçürmə texnologiyası smartfonun yandırıb-söndürmə düyməsinə inteqrasiya edilib.

Əsas texniki göstəricilərə gəldikdə isə, “Huawei P50 Pocket” güclü prosessor və daxili yaddaş həcmi, 40 vatt gücündə sürətli şarj texnologiyalı batareya ilə təchiz olunmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video