10 Avqust 2022 18:15
682
DÜNYA
A- A+

Qarabağda həlak olmuş erməni əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçiriblər

İkinci Qarabağ müharibəsi zamanı həlak olan hərbçilərin valideynləri avqustun 10-da səhər saatlarından Ermənistan Müdafiə Nazirliyinin binası yaxınlığında etiraz aksiyası keçiriblər.

AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, aksiya zamanı valideynlərin nazirliyin ərazisinə daxil olması nəticəsində vəziyyət gərginləşib. Hərbi polis əməkdaşları ilə danışıqlardan bir neçə dəqiqə sonra etirazçılar ərazini tərk ediblər. Onlardan bəziləri bildirib ki, həmin vaxt Ermənistanın müdafiə naziri Suren Papikyan yerində olmayıb.

44 günlük müharibədə övladlarının “müəmmalı şəkildə ölümə” göndərildiyini iddia edən Razmik Xaçaturyan indiyədək övladlarının beşinci müdafiə eşalonundan ikinci eşalona göndərilməsinə kim tərəfindən və nə üçün əmr verildiyinə cavab tapmayıblar. Onlar bildiriblər ki, övlad itkisinə məruz qalan vətəndaşlar olmalarına baxmayaraq onları qəbul edib dinləyən yoxdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video