“Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşada təqdim olundu
İşğaldan azad edilmiş ərazilərimizdə DOST xidmətləri şəbəkəsinin qurulmasına dair “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı Şuşa şəhərində təqdim olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, DOST Agentliyinin Müşahidə Şurasının Şuşada keçirilən iclası şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 2020-ci ildə Vətən müharibəsindəki möhtəşəm tarixi Zəfərindən bəhs edib.
Ərazilərimizin, o cümlədən doğma Şuşamızın Ermənistanın 30 il davam etmiş işğalından azad edildiyini bildirən S.Babayev DOST konsepsiyasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə də genişlənməsi üçün işlər aparıldığını deyib.
Nazir bildirib ki, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində 2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ölkə üzrə ilk “Smart DOST” xidmət məntəqəsi artıq istifadəyə verilib. “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat, əlçatan şəkildə faydalana biləcək.
DOST Agentliyi dövlət başçısının 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin – 154 xidmətin “bir pəncərə”dən, modern, çevik və tam şəffaf mexanizmlər üzərində, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan verib.
2019-cu ilin may ayından artıq 5 DOST mərkəzi açılıb. Ötən dövrdə bu mərkəzlərdə 1 milyona yaxın vətəndaşa xidmət göstərilib, DOST xidmətlərindən vətəndaş məmnunluğu isə 98,5 faizdir. 2025-ci ilə kimi ölkəmizdə ümumilikdə 17 regional DOST mərkəzinin, 55 rayon üzrə DOST filiallarının, həmçinin bir sıra ərazilərdə “Smart DOST” xidmət məntəqələrinin açılması nəzərdə tutulur.
İclasda DOST Agentliyinin sədri Fərid Məmmədov Agentliyin fəaliyyəti ilə bağlı hesabat verib və “Şərqi Zəngəzur və Qarabağ DOST proqramı”nın təqdimatını edib. Proqram əsasında yaradılacaq DOST mərkəzləri və filialları, “Smart DOST” xidmət məntəqələri barədə məlumat verilib.
Şuşa şəhərində yerləşən 4 mərtəbəli köhnə poçt binasının birinci mərtəbəsində Şuşa DOST filialının yaradılacağı, binaya giriş, xidmət otaqları, iş sahəsi və xidmət zalının DOST mərkəzlərinin interyer konsepsiyasına uyğun tərtib olunacağı bildirilib.
DOST Agentliyinin kənar auditorunun təyin edilməsi, “Könüllü DOST” proqramının icrası işləri, agentliyin fəaliyyəti ilə bağlı digər təşkilati məsələlər də müzakirə olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qald...
23 Aprel
Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldır...
23 Aprel
Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək
23 Aprel
Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq...
23 Aprel
AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib...
23 Aprel
Qərbi Azərbaycan İcması Ermənistanın vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşd...
23 Aprel
Dövlət Məşğulluq Agentliyi Qarabağ və Şərqi Zəngəzur üzrə 100-dək şəxsi peşə kurslarına cəlb edib...
23 Aprel
Stoltenberq Donald Tusk və Rişi Sunakla görüşəcək - Varşavada
23 Aprel
“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lis...
23 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı...
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!