24 May 2026 15:01
637
İDMAN
A- A+
Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb  

Almaniyanın Axen şəhərində keçirilən və dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan “CHIO Aachen” çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) 150 nəfərdən artıq nümayəndə heyəti uğurla təmsil olunub.

Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 1898-ci ildən təşkil olunan və artıq bir əsrdən çox tarixə malik olan “CHIO Aachen” beynəlxalq atçılıq aləmində “Atçılıq idmanının Uimbledonu” kimi tanınır. Avropanın ən mötəbər konkur yarışlarından biri hesab edilən bu möhtəşəm tədbirdə dünyanın aparıcı ölkələrinin atçılıq nümayəndələri, həmçinin dünya reytinqində ilk “100-lük”də qərarlaşan tanınmış idmançılar iştirak ediblər.

Yarışlar Almaniyanın məşhur Soers kompleksində yerləşən, 40 min tamaşaçı tutumuna malik “Hauptstadion” arenasında keçirilib. Dünyanın müxtəlif ölkələrindən minlərlə tamaşaçı və beynəlxalq media nümayəndəsinin qatıldığı tədbir bu il də yüksək təşkilatçılığı və möhtəşəm atmosferi ilə yadda qalıb.

Tədbir çərçivəsində təşkil olunan və “Ceyms Bond” mövzusuna həsr edilən xüsusi “Horse & Symphony” proqramı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin “CHIO Aachen” orkestr kollektivi ilə birgə çıxışı tamaşaçılar tərəfindən alqışlarla müşayiət olunub, təqdim edilən musiqi kompozisiyaları tədbirə xüsusi rəng qatıb. Möhtəşəm şou proqramında musiqi, atçılıq sənəti və səhnə elementlərinin vəhdəti iştirakçılara unudulmaz anlar yaşadıb.

Azərbaycanın qədim atçılıq ənənələrini özündə əks etdirən Qarabağ və Dilbaz atları xüsusi maraq doğurub, milli musiqi elementləri və mədəni kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Qarabağ və Dilbaz atlarının zərifliyi, çevikliyi və estetik görünüşü Azərbaycanın zəngin atçılıq mədəniyyətinin beynəlxalq arenada nümayişi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Qeyd edək ki, Axen şəhəri 2026-cı ildə keçiriləcək FEI Dünya Atçılıq Çempionatına da ev sahibliyi edəcək. Bu baxımdan “CHIO Aachen” hazırda dünya atçılıq ictimaiyyətinin əsas diqqət mərkəzlərindən biri hesab olunur və burada Azərbaycan nümayəndə heyətinin iştirakı ölkəmizin beynəlxalq idman və mədəniyyət sahəsində artan nüfuzunun daha bir göstəricisi kimi dəyərləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici investisiyalarda artım: enerji sektoru ön planda

21:28
16 İyun

Nadir dəri xəstəliyinin genetik səbəbi tapılıb

21:19
16 İyun

Qlobal elektrikli avtomobil satışı may ayında 1,8 milyona çatdı

21:09
16 İyun

Qlobal tərəfdaşlıq Bakıda bir araya gəlir

21:03
16 İyun

Günəş şüalarını ölçən ağıllı boyunbağı təqdim edilib  

20:53
16 İyun

Sənaye və texnologiya parkları üçün yeni güzəştlər təsdiqlənib

20:41
16 İyun

 “Motorola”nın yenilənmiş smartfonu təqdim edilib  

20:36
16 İyun

 Erve Renar Tunis milli komandasının baş məşqçisi oldu

20:28
16 İyun

 Gilyermo Oçoa Dünya Kubokundan sonra futboldan ayrılacaq

20:23
16 İyun

İnstaqramdan növbəti yenilik

20:17
16 İyun

“Logitech”in qatlanan cihazı təqdim edilib

20:01
16 İyun

Neymar Haiti ilə matçı da buraxacaq

19:58
16 İyun

Saxta IMEI kodlarla qeydiyyata qarşı mübarizə gücləndirilir

19:54
16 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib  

19:29
16 İyun

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

19:01
16 İyun

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

18:57
16 İyun

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir  

18:48
16 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:39
16 İyun

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək 

18:31
16 İyun

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək  

18:23
16 İyun

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür  

18:13
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!