13 Yanvar 2025 08:17
385
SİYASƏT
A- A+
Qalib və güclü Azərbaycan dünyada etimad göstərilən dövlətlərdəndir

Qalib və güclü Azərbaycan dünyada etimad göstərilən dövlətlərdəndir


Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə respublikamızın müasir geosiyasi vəziyyəti, beynəlxalq münasibətlər sistemindəki yeri və rolu, həyata keçirdiyi təhlükəsizlik siyasəti, o cümlədən Qarabağ və Şərqi  Zəngəzurda aparılan bərpa işləri baxımından çox əhatəli bir çıxış kimi yadda qaldı.  Bu müsahibə Azərbaycanın qarşısında duran çağırışlarla bağlı bütün mövzuları əhatə etməklə, cənab Prezidentin strateji baxışını və qətiyyətli mövqeyini əks etdirirdi. 

Bütün bunları nəzərə alsaq,  Prezident İlham Əliyevin bu müsahibəsini Azərbaycanın milli maraqlarının təmin olunması, daxili və xarici siyasət konsepsiyasının həyata keçirilməsi və respublikamızın inkişafı baxımından mühüm bir yol xəritəsi kimi də qiymətləndirmək olar. Bu müsahibə proqram xarakterli olmaqla həm də dövlətimizin qarşısında dayanan vəzifə və məqsədlərə aydıqlıq gətirdi, milli hədəflərimizin nədən ibarət olduğu ictimaiyyətə bəyan olundu. 

Böyük qürurla qeyd etməliyik ki, Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında işğal altında olan torpaqlarını azad etməklə, ərazi bütövlüyünü bərpa etməklə ədalətə nail olub. Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün bu ilin dövlət büdcəsindən ayrılan 4 milyard manat vəsait cənab Prezidentin çıxışında vurğulandığı kimi, bu ərazilərin iqtisadi və sosial baxımdan yenidən canlandırılması istiqamətində iradəni göstərir. Bu, yalnız iqtisadi və sosial məsələ deyil, həm də Azərbaycanın milli suverenliyinin tam təmin edilməsi ilə bağlı prinsipial bir addımdır.

Eyni zamanda, təhlükəsizlik və müdafiə məqsədləri üçün ayrılan 8,4 milyard manat, Ermənistanın davam edən silahlanma siyasətinə cavab olaraq zəruri addım kimi qiymətləndirilməlidir. Bu xərclər Ermənistanın təcavüzkar siyasətindən doğan bir zərurət olmaqla yanaşı, ölkəmizin müdafiə qabiliyyətini və regionda sabitliyi təmin etmək məqsədi daşıyır. Bu mənbələrin əhəmiyyətli bir hissəsi başqa sosial və iqtisadi sahələrə yönəldilə bilərdi, lakin Ermənistanın təxribatları bizim üçün əlavə xərcləri zəruri edir. 

Prezident İlham Əliyevin çıxışında əsas məqamlardan biri Ermənistanın faşizm siyasətinin ifşası idi. Faşizm ideologiyasının Ermənistanın həm iqtidarında, həm də müxalifətində davam etməsi region üçün əsas təhlükədir. Bu bütün regionun təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Ölkə başçısının “Faşizm tamamilə məhv edilməlidir” sözləri Azərbaycanın bu təhlükəni aradan qaldırmaqda qətiyyətli olduğunu bir daha göstərir.

Azərbaycanın  təşəbbüs göstərdiyi əsas məsələlərdən biri də regionda dayanıqlı sülhün əldə olunmasıdır. Lakin Ermənistan tərəfi hər vəchlə sülhə qarşı çıxır və bunu təsdiq edən məqamlardan biri Ermənistanın silahlanmasıdır. Prezident İlham Əliyev bununla bağlı Ermənistana xəbərdarlıq etdi. «Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq» -deyə Müzəffər Ali Baş Komandan bildirdi.

Ermənistan Vətən müharibəsinin və antiterror əməliyyatlarından dərs alaraq, Prezident İlham Əliyevin bu xəbərdarlığından da nəticə çıxarmalıdır.

Bütövlükdə, Prezident İlham Əliyevin strateji baxışları və qətiyyətli siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövləti olaraq həm Cənubi Qafqazda, həm də qlobal səviyyədə öz mövqelərini əhəmiyyətli möhkəmləndirib. Azərbaycan bütün dünyada etimad və ehtiram göstərilən dövlətlərdən biridir. Ötən ilin noyabrında Bakıda keçirilən COP29, dekabr ayında isə Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq təşkilatına üzv olması bunu təsdiq edir. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi D-8 təşkilatına üzv seçilmək bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir.

Prezident İlham Əliyevin müsahibəsini böyük fəxrlə izlədik. Fəxr etdik ki, qalib və güclü Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Qarşıda isə dövlətimizi yeni uğurlar gözləyir.


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vladimir Putinlə Suriyanın yeni lideri arasında telefon danışığı baş tutub  

23:06
12 Fevral

Zelenski Trampla telefon danışığının detallarını açıqladı  

23:05
12 Fevral

BMT Ukrayna münaqişəsinin həllində iştirak etməyə hazırdır

23:03
12 Fevral

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı olub  

23:02
12 Fevral

ABŞ və Rusiya prezidentləri şəxsən görüşmək barədə razılığa gəliblər  

23:00
12 Fevral

Putinlə Tramp arasında telefon danışığı olub

22:59
12 Fevral

Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 56,9 faizi yerli yığımlar hesabına təmin edilib  

22:57
12 Fevral

Psixologiya Elmi-Tədqiqat İnstitutunun növbəti məqaləsi “Technium Sosial Elmlər Jurnalı”nda dərc edilib  

22:55
12 Fevral

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:52
12 Fevral

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

20:50
12 Fevral

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib  

20:49
12 Fevral

Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub  

20:47
12 Fevral

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib

20:46
12 Fevral

Britaniya Ukraynaya 150 milyon funt sterlinq dəyərində hərbi yardım paketi elan edib  

20:45
12 Fevral

Türkiyəli ekspert: İrəvanın destruktiv siyasəti Ermənistanı regional əməkdaşlıqdan təcrid edəcək

20:44
12 Fevral

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib  

20:42
12 Fevral

İslamabadda Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılışı olub

20:41
12 Fevral

Fevralın 28-i “planetlərin böyük paradı” müşahidə olunacaq

19:08
12 Fevral

Antarktikanın əlçatmaz ərazilərində mikroplastik hissəciklər tapılıb

19:05
12 Fevral

“Youtube”da dublyaj funksiyası istifadəyə veriləcək  

19:04
12 Fevral

 Ötən ay Azərbaycanda qeyri-neft ixracı artıb

19:03
12 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!