30 Avqust 2022 00:49
2054
Oxucu məktubları
A- A+

"Problem mərhələli şəkildə həll olunacaq"

 

Qəzetimizin 20 iyul 2022-ci il tarixli nömrəsində dərc edilmiş "Su və kanalizasiya problemimiz var" başlıqlı oxucu məktubu ilə əlaqədar "Azərsu" ASC redaksiyamıza məktub göndərmişdir. Məktubda yazılır: 
"Nəzərinizə çatdırırıq ki, Binəqədi rayonu  Sulutəpə qəsəbəsi mərkəzləşmiş içməli və tullantı su şəbəkəsinə malik olmayan yaşayış sahəsidir. Qəsəbə ərazisində su təchizatı əsasən sakinlər tərəfindən texniki normalara uyğun olmayan xətlər vasitəsilə aparılır. Eyni zamanda formalaşan tullantı sularının kənarlaşdırılması sakinlər tərəfindən norma və qaydalara uyğun olmayaraq inşa edilmiş kanalizasiya xətləri və septik qurğular vasitəsilə, həmçinin açıq kanallarla həyata keçirilir.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə Binəqədi rayonunun yaşayış məntəqələrində, o cümlədən Sulutəpə qəsəbəsi ərazisində içməli və tullantı su şəbəkələrinin yaradılması ilə bağlı layihə sənədləri hazırlanmışdır. Layihələrin icrası mövcud sistemlərin imkanları, texniki vəziyyəti və digər amillər nəzərə alınaraq davam etdirilir. 
Ötən müddətdə Ruslan Allahverdiyev küçəsinin bəzi hissələrində mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılmış və bu istiqamətdə işlər davam etdirilir.  Eyni zamanda qəsəbənin perspektiv layihəsinə uyğun olaraq ilkin mərhələdə küçə boyu əsas daşıyıcı kanalizasiya kollektorunun tikinti-quraşdırma işlərinin icrasına başlanılmışdır. 
Bunları nəzərə alaraq Sulutəpə qəsəbəsinin digər yaşayış sahələrində, o cümlədən müraciətdə qeyd olunan ünvanda içməli və tullantı su şəbəkəsinin  yaradılması "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tədbirlər planına uyğun mərhələlərlə həyata keçiriləcəkdir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video