15 Oktyabr 2025 11:50
496
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın artan qlobal nüfuzunu göstərir

Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın artan qlobal nüfuzunu göstərir


Son illərə nəzər yetirdikdə Azərbaycanın xarici siyasətində davamlı uğurların şahidi oluruq. Bu sahədə dövlətimiz milli maraqlara nail olmaq üçün qarşıya məqsədlər qoyur, istiqamətlər və alətlər məcmusu formalaşdırır. Məqsəd regional təhlükəsizlik arxitekturasını təmin etmək, hədəflərə çatmaq və iqtisadi inkişafı dəstəkləməkdir. Qarşıya qoyulan məqsədlərə çatmaqla bu prosesin əhatəsini genişləndiririk.

Bu gün Azərbaycan təkcə regionla kifayətlənmir, beynəlxalq təhlükəsizlik arxitekturasının yenidən qurulmasında da fəal iştirak edir. Nəqliyyat və kommunikasiya xətlərinin açılması, iqtisadi inkişaf və region xalqlarının rifahının yaxşılaşdırılması kimi tarixi missiyanı məhz Azərbaycan üzərinə götürüb. Bu çətin tapşırıqların öhdəsindən gəldiyimiz üçün dünyanın müxtəlif yerlərində Azərbaycanın təcrübəsi öyrənilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən “öz işini bilən güclü lider” kimi xarakterizə olunması tamamilə layiqli qiymətləndirmədir. Böyük dövlət liderinin bu sözləri bütün xalqımız üçün qürur mənbəyidir. Mürəkkəb region olan Cənubi Qafqazda uğur qazanmaq, önə çıxmaq və bölgənin inkişafına istiqamət vermək asan məsələ deyil. Bütün bunlar Azərbaycan Liderinin səylərinin və uzaqgörən siyasətinin nəticəsidir.

“Qloballaşma ilə əlaqədar yeni dövrdə məsafələr azalır və bu, siyasi, iqtisadi maraqların təmin olunmasında fəal xarici siyasət tələb edir. Dünya siyasəti artıq qapanma deyil, açılma tələb edir. Gücün konsolidasiyası təhlükəsizliyə nail olmağın vacib yoludur. Qlobal siyasi-iqtisadi münasibətlərdə və xarici siyasət prinsiplərində baş verən dəyişikliklər dövlətin xarici siyasət strategiyalarının iqtisadi güc üzərindəki təsirini göstərir.

Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək və qlobal iqtisadi mövqeyini möhkəmləndirmək üçün mühüm addımlar atır. Suriyaya qaz nəql etməyimiz təchizat marşrutlarını şaxələndirməkdə ölkəmizin qabaqcıl mövqedə olduğunu göstərir”, - deyə A.Badamov vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Lideri praqmatik, təşəbbüskar və inkişafyönümlü xarici siyasət strategiyalarına açıqdır. Bu səbəbdən Prezident İlham Əliyev fərqli coğrafiyalarda və müxtəlif formatlı beynəlxalq görüşlərdə iştirak edir. Bu iştiraklar xüsusi dəvətlərin nəticəsidir. Məsələn, oktyabrın 1-2-də “Avropa Siyasi Birliyi”nin Kopenhagendə keçirilən 7-ci Zirvə Görüşündə, oktyabrın 6-7-də Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ Sammitində, oktyabrın 9-10-da Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən Sammitində və oktyabrın 12-də ABŞ Prezidenti Donald Trampın, həmçinin Misir, Qətər və Türkiyə liderlərinin iştirak etdikləri Şarm əl-Şeyx şəhərindəki Yaxın Şərq Sülh Sammittində Azərbaycan Prezidentinin iştirakı ölkəmizin artan qlobal nüfuzunu göstərir. Oktyabr ayı ərzində Prezident İlham Əliyevin dörd fərqli coğrafiyada iştirak etdiyi dördüncü sammit Azərbaycanın beynəlxalq arenada fəal və etibarlı tərəfdaş kimi qəbul edildiyinin sübutudur. Azərbaycan Liderinin müharibədən əvvəl və sonra tətbiq etdiyi strategiyaların öyrənilməsi və onlardan bəhrələnmək istəyi digər dövlətlərin təşəbbüskarlığında da öz əksini tapır

Deputatın sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makronla keçirilən görüşlər mürəkkəb məsələlərin həllində Azərbaycan Liderinin siyasi savadını və şəxsi keyfiyyətlərini ortaya qoyur. Dünya liderləri Azərbaycan Prezidentinə böyük ehtiram göstərirlər. Bu baxımdan da beynəlxalq arenada dövlətimizin başçısı mövqeyi və sözünün çəkisi olan dünyamiqyaslı siyasi xadim kimi qəbul olunur. Azərbaycan xarici siyasətdə aqressiv strategiyalardan uzaq, qurucu və tarixi əhəmiyyət daşıyan addımlar atır. Əminliklə söyləmək olar ki, qarşılıqlı hörmət prinsipinə əsaslanan tərəfdaşlarla münasibətlərin daha da dərinləşdirilməsi və səylərin möhkəmləndirilməsi bundan sonra da davam etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 66 dolları ötüb  

11:53
14 Noyabr

“Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına  

11:50
14 Noyabr

Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub  

11:36
14 Noyabr

Kiyevə hava hücumu olub, ölənlər və xəsarət alanlar var

11:33
14 Noyabr

Balakən Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub  

11:33
14 Noyabr

Ekspert: Mərkəzi Asiyanın Rusiya və Çinlə qonşuluğu onu ABŞ üçün mühüm regiona çevirir  

10:55
14 Noyabr

Ağalı sakini: O vaxt 15 yaşım vardı, indi övladlarımla qayıdıram

10:25
14 Noyabr

Keçmiş məcburi köçkün: Atam həmişə deyirdi ki, biz qayıdacağıq

10:25
14 Noyabr

Belemdə COP31 sammitinə ev sahibliyi məsələsi hələ də açıq qalır

10:24
14 Noyabr

Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb  

10:21
14 Noyabr

“OpenAI” GPT-5.1-i təqdim etdi: daha “ağıllı” və daha fərdiləşdirilmiş süni intellekt  

10:20
14 Noyabr

NYT: Pentaqon F-35-lərin Ər-Riyada tədarükü zamanı həssas texnologiyanın Çinə sızmasından narahatdır  

10:19
14 Noyabr

Kiyev raket və dronlarla vurulur, dağıntılar var  

10:04
14 Noyabr

Media: Pentaqon Venesualaya qarşı hərbi əməliyyatlara hazırlaşır

10:03
14 Noyabr

Bənzərsiz rolları ilə tamaşaçı rəğbətini qazanmışdır

09:00
14 Noyabr

Ən böyük qazancı sevgi və alqışlardır 

08:55
14 Noyabr

Şirin mərəzin fəsadları

08:50
14 Noyabr

"Azexport"un əlaqələri genişlənir

08:45
14 Noyabr

Kiber məkanda insan hüquqlarına təhdidlər və onlara qarşı mübarizə

08:40
14 Noyabr

Hərbi gücümüz artır

08:35
14 Noyabr

AMEA-nın prioritetlərinin fəlsəfəsi

08:30
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!