10 Avqust 2022 15:42
466
SİYASƏT
A- A+

Prezident İlham Əliyevin Konyaya səfəri Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb

 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 9-da Konya şəhərinə işgüzar səfəri qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “Haber Türk”, Haber Global” telekanalları, “Sabah”, “Yeni şafak” və digər qəzetlər daxil olmaqla çox sayda media qurumları dövlətimizin başçısına göstərilən ali qonaqpərvərliyə, Azərbaycan və Türkiyə prezidentlərinin ikitərəfli görüşlərinə, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təntənəli açılışı olan V İslam Həmrəyliyi Oyunlarını izləmələrinə və səfər barədə digər mövzulara aid geniş məlumatlar yayıblar.

Xəbərlərdə, həmçinin diqqətə çatdırılır ki, IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın peşəkar idmançıları budəfəki yarışlarda da böyük məharətlə çıxış edəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video