18 Yanvar 2023 12:57
382
Səfərlər
A- A+

Prezident İlham Əliyevin Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru ilə görüşü olub YENİLƏNİB  

 

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə “Kromatix SA” şirkətinin fəaliyyəti və istehsal etdiyi məhsullar, o cümlədən Azərbaycanda yeni texnologiyaların tətbiqi ilə enerjinin istehsalı məsələlərindən danışıldı.

Şirkətin xüsusi texnologiya və örtüklər vasitəsilə bina fasadlarının şüşə hissələrinin günəş panelləri kimi istifadəsinə imkan verən texnologiyalar istehsal etdiyi bildirildi. Azərbaycanda dayanıqlı enerji təchizatına önəm verilməsi, xüsusilə işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan olunması nəzərə alınaraq, ölkəmizdə həmin texnologiyaların bina və tikintilərdə də istifadəsinə dair fikir mübadiləsi aparıldı.

Rafik Hanbali "Kromatix SA" şirkətinin ölkəmizdə, xüsusilə Ələt Azad İqtisadi Zonasında müəssisənin yaradılması planları barədə dövlətimizin başçısına məlumat verdi. Pilot layihə kimi “Kromatix SA” şirkətinin Cəbrayıl rayonunda məktəbin binasının üzlənməsi ilə bağlı həyata keçirməyi planlaşdırdığı layihənin önəmi qeyd edildi. Gələcəkdə bunun digər məktəblərdə də tətbiq olunmasının nəzərdə tutulduğu vurğulandı.

Dövlətimizin başçısı şirkətin Azərbaycanda planlaşdırdığı layihələri dəstəkləyərək, ölkəmizdə iqtisadi inkişaf imkanları, daxili bazara və bölgədəki digər bazarlara çıxış üçün mövcud şərait barədə məlumat verdi.

Görüşdə “Kromatix SA” şirkəti ilə Azərbaycanın Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlığın təməlinin qoyulduğu bildirildi.

Prezident İlham Əliyev “Kromatix SA” şirkətinin rəhbərini Azərbaycana, o cümlədən işğaldan azad olunmuş ərazilərə səfərə dəvət etdi.

Dəvət minnətdarlıqla qəbul olundu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video