18 Avqust 2022 15:59
1017
Qəbullar
A- A+

Prezident İlham Əliyev Yeni Zelandiyanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinklerin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Zoe Daun Kolson-Sinkler etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın fəallaşdırılması üçün mövcud imkanlardan istifadə etməyin zəruriliyini vurğuladı, əlaqələrin genişlənməsinin qarşılıqlı maraqlarımıza cavab verdiyini dedi. Azərbaycanla Yeni Zelandiyanın bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, siyasi sahədə yaxşı dialoqun mövcud olduğunu bildirən dövlətimizin başçısı, eyni zamanda, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev bu baxımdan ölkələrimizin imkanları barədə məlumatların çatdırılmasının, biznes dairələri arasında təmasların qurulmasının zəruri olduğunu bildirdi.

Xanım Zoe Daun Kolson-Sinkler ilk dəfə Bakıya səfər etdiyini bildirərək dedi ki, çox gözəl ölkə olan Azərbaycana gəlişindən məmnunluq hissi duyur. Səfir də öz növbəsində əlaqələrin genişləndirilməsi üçün mövcud potensialın reallaşdırılmasının vacibliyini bildirdi. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulumasının 30 illiyinin qeyd olunduğunu vurğulayan səfir beynəlxalq müstəvidə Azərbaycanın və Yeni Zelandiyanın əlaqələrin genişləndirilməsi işinə böyük önəm nümayiş etdirdiyini dedi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video